Zəlimxan Məmmədlinin işini tanınmış hüquqçu araşdıracaq

borchali

“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidmətindən xural.com-a daxil olan məlumata görə, “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarını tanınmış hüquqçu İlqar Altay araşdıracaq. Məlum olduğu kimi Zəlimxan Məmmədli 2014-cü ilin oktyabr ayında doğulduğu Gürcüstan torpağına gedərkən sərhəd-keçid məntəqəsində yasaq qərarı ilə üzləşmişdi. Ondan öncə isə Cəmiyyətin sədr müavini haqda da analoji qərar çıxarılmış, lakin ötən yay dəyişdirilmişdi. 2014-cü ilin dekabr ayından istər Azərbaycanın, istər Gürcüstanın, istərsə də Türkiyənin müxtəlif ictimai siyasi qurumları Gürcüstan hakimiyyətinə müraciətlər ünvanlayaraq Zəlimxan Məmmədli və müavini haqda çıxarılan ədalətsiz qərarın ləğv olunmasını istəmişdilər. Bu ana qədər edilən ardıcıl müraciət və etirazlara rəğmən qərar dəyişilməmişdir. Artıq bu yöndə fəaliyyətlərin yeni məcraya daxil olacağını bildirən hüquq müdafiəçisi İlqar Altay çıxarılan qərardakı təzadlı nöqtələrin araşdırılmasında fayda olacağınından xəbər verdi və Gürcüstanda müəyyən hüquqi prosedurların həyata keçirilməsinə ehtiyac olduğunu bildirdi. Qeyd edək ki, “Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin 15 yanvar 2016-cı il tarixli iclasında İdarə Heyəti üzvləri bu təşəbbüsü dəstəkləyərək Gürcüstanın ədalətsiz qərarının ləğvi və Zəlimxan Məmmədlinin pozulan hüququnun bərpası üçün İlqar bəyə uğurlar arzulayıblar. İclasda iştirak edən İlqar Altay da həmin tarixdən etibarən Zəlimxan Məmmədlinin hüquqlarını qoruması istiqamətində bütün hüquqi vasitələrdən istifadə edərək məsələnin müsbət həll olunacağına inam ifadə edib.

borchali1

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button