“Zərərçəkən” Xədicə İsmayıla böhtan atdığını etiraf etdi FOTO VİDEO

xedice-mehkemeMəhbus jurnalist kimdən və nəyə görə üzr istədi?

Araşdırmaçı jurnalist Xədicə Ismayılın məhkəməsi çox maraqlı hadisələrləmüşayiət olunur. Məsələn, XədicəIsmayılın guya, intihara cəhdə təhrik etdiyi Tural Mustafayev etiraf edib ki, jurnalistə böhtan atıb, əslində, onun özünü öldürmək istəməsinin Xədicə iləheç bir bağlılığı olmayıb. Bütün bunlar Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən dünənki məhkəmə iclasında baş verib.

Iş üzrə zərəəkmiş qismində tanınan Tural Mustafayev ötən məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarmışdı. Dünənki məhkəmə iclasına nümayəndəsi Səfər Hüseynovla birlikdə qatılıb.

Xədicə Ismayıla “Azadlıq” qəzeti verilməsi qadağan olunub

Məhkəmə iclasında əvvəlcə Xədicə Ismayıl Bakı istintaq təcridxanasında üzləşdiyi qanunsuzluqlar barədə məhkəməyə məlumat verib. O bildirib ki, təcridxanada “Azadlıq” qəzetinə abunə yazılsa da, son dövrlərdə ona qəzet verilmir. Hətta qohumlarının onun üçün gətirdiyi “Azadlıq” qəzetlərini də təcridxanaya buraxmırlar: “Hesab edək ki, abunəqəzetlərin poçtla çatdırılmasında problem var. Ona görə ailə üzvlərimdən xahiş etdim ki, ”Azadlıq”ın həftəlik bütün saylarını yığıb, həf dəfə mənə gətirsinlər. Gətirirlər, onu da təcridxanada buraxmırlar. Başa düşmürəm, məgər “Azadlıq” qəzeti qadağan olunmuşəşyadır ki, onu buraxmırlar? Xahiş edirəm, mətbuata çıxış imkanımın təmin olunmasına göstəriş verəsiniz”.

Bundan başqa, mən həftədə iki dəfətelefonla danışa bilirəm – birinci vədördüncü günlər. Danışıq saatları mənim danışıqlarıma qulaq asan kişi tərəfindən müəyyənləşdirilir. MTN-dəmənim danışıqlarıma qulaq asan kişi gərək işə gəlsin ki, məni də təcridxanada kameradan çıxarıb telefona aparsınlar…”

Hakim:

– Nə bilirsiniz ki, sizi dinləyirlər?

– Birincisi, dinləmə olanda hiss edirəm. Ikincisi, telefon günlərində çıxmaq istəyirəm, qoymurlar, bəlli vaxtda özləri gəlib aparırlar.

Hakim bildirib ki, təcridxanadakı davranışlarla bağlı məsələ onun səlahiyyətinə aid deyil.

Bundan sonra Xədicə Ismayılın vəkili Fəxrəddin Mehdiyev Tural Mustafayevin bugünlərdəmətbuata verdiyi müsahibənin sübutlar siyahısına daxil edilməsi barədə vəsatət qaldırıb. Sözügedən müsahibədə Mustafayev bildirib ki, hüquq-mühafizə orqanları gizli kamera vasitəsilə lentə alınmış görüntülər vasitəsilə bir sıra şəxsləri şantaj edərək, onlardan XədicəIsmayılın əleyhinə ifadə alıb.

Xədicə Ismayıl vəkilinin vəsatətinə münasibət bildirərkən maraqlı bir faktı üzə çıxarıb: “Tural Mustafayevin mənə qarşı ilk ərizəsi 25 noyabrda yazılıb. Amma prokurorluq bir ayəvvəldən – 28 oktyabrda mənim telefonumun dinlənilməsi barədə məhkəmə qərarı alıb. Prokurorluğa vəhy gəlib, yoxsa kosmosla əlaqəyə girib biliblər ki, bir ay sonra Turalın beləbir şikayəti olacaq, ona görə əvvəlcədən məhkəmə qərarı alıblar? Və yaxud, Aynur Imranova ötən iclasda burada ifadə verəndə bildirdi ki, prokurorluqda təzyiq altında ifadəverib. Amma siz məhkəmə olaraq, yenə də fəaliyyətsizlik nümayiş etdirdiniz, şahidə təzyiqi araşdırmadınız”.

“Mən zərəəkmiş deyiləm…”

Daha sonra Tural Mustafayev ifadə verərək bildirib ki, onun ötən il oktyabrın 20-də siçan zəhəri içərək intihara cəhd etməsinin Xədicə Ismayılla heç bir əlaqəsi yoxdur. XədicəIsmayılla 2013-cü ilin oktyabrında tanış olduqlarını və münasibətlərinin də iş yoldaşı, həmkar münasibəti olduğunu deyən Mustafayevin sözlərinə görə, “Azadlıq” radiosu iləəməkdaşlığı və radiodan çıxması, həmçinin “Meydan TV”də fəaliyyətinin ona heç bir aidiyyəti yoxdur. Dindirmə zamanı məlum olub ki, Tural Mustafayev keçən il üç dəfəintihara cəhd göstərib – may, sentyabr və oktyabr aylarında. Mustafayev bunu psixi durumu ilə izah edib. Əlavə edib ki, hətta psixi pozğunluqla əlaqədar keçən il Maştağadakı ruhi dispanserdə müalicə aldığına dair sənəd də iş materiallarında var.

Tural Mustafayevin məhkəmədə dediklərilə istintaqa ifadəsi arasında ziddiyyət olduğundan hakim həmin ifadəni elan edib. Həmin ifadədə Mustafayev Xədicə Ismayılla aralarında qadın-kişi münasibəti olduğunu bildirib, iş tapa bilməməyində, həmçinin intihara cəhd göstərməsində onu ittiham edib. Bu ziddiyyətin səbəbini izah edərkən Tural Mustafayev etiraf edib ki, istintaqa ifadəsində Xədicə Ismayıla böhtan atıb: “Mənim Xədicədən heç bir asılılığım olmayıb. Işcən çıxmağımda, zəhər içməyimdə onun heç bir rolu olmayıb. Ona böhtan atmışam…”

Tural Mustafayev özünü zərəəkmiş hesab etmədiyini vurğulayıb.

Tural Mustafayevin anası Nəzakət Mustafayeva da dindirilib. O bildirib ki, özü Göyçayda yaşayır. Oğlu 2013-cü ilin sonlarına yaxın Bakıya gəlib, amma onun Bakıdakı işi, kimlərləmünasibət saxladığı barədə məlumatsız olub.

“Tural 3 dəfə intihara əl atıb və heç birinin Xədicə ilə əlaqəsi yoxdur”

Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli də şahid qismində ifadə verib. “O adam üç dəfə intihara əl atıb və bunların heç birinin Xədicə Ismayılova ilə əlaqəsi yoxdur”, – deyə Rövşanə Rəhimli ifadəsinə başlayıb. Turalla ötən il martın 8-də dostlarla bayramı qeyd etdikləri yığıncaqda tanış olduqlarını, mayın 28-də nişanlandıqlarını deyən RövşanəRəhimli bildirib ki, onun psixikasında pozğunluq olub. Birlikdə olduqları müddətdə üç dəfə intihara cəhd göstərib. Onun sözlərinə görə, Tural Mustafayev dəfələrlə içkili vəziyyətdə onu vurub, təqir edib, hər dəfə bu cür hərəkətlərinə görə onunla ayrılanda intihara əl atıb: “Sonradan yalvarıb-yaxarırdı ki, daha içməyəcəm, dəyişəcəm. Gah qohum-əqrəba yığışıb gəlirdi, gah mənim yazığım gəlirdi, barışırdıq. Amma bu ”dəyişiklik” bir həftəçəkirdi. Axırıncı dəfə özümə söz verdim ki, vəssalam, bitdi. Oktyabrın 15-də böyük bir mübahisəmiz oldu, hətta o həddə çatdı ki, oktyabrın 16-da mən onu polisə verdim”.

Rövşanə Rəhimli bildirib ki, oktyabrın 20-də Tural Mustafayev bulvarda siçan zəhəri içəndən sonra onun rəfiqəsi Samirə Ağayevaya mesaj yazaraq, Rövşanəsiz yaşamaq istəmədiyini bildirib: “Intihara cəhddən sonra onu əvvəl ”Semaşko”ya aparıblar, bir gün orada saxlanılandan sonra ruhi əsəb dispanserinə yerləşdirilib. Biz birlikdə olanda da həkim yanına getmişdik, ona müalicəsi mümkün olmayan psixopat diaqnozu qoymuşdu. Özü də təsdiqləyə bilər”.

Rövşanə Rəhimli hakimdən xahiş edib ki, onun məhkəmədə dedikləri əsas götürülsün, çünki istintaqa ifadəsi təhrif olunub: “Məni 4 dəfə istintaqa çağırıblar. Hətta ifadəmi o qədər təhrif eləmişdilər ki, bir dəfə müstəntiq Vaqif Süleymanovun əlindən alıb cırdım. Məni təkbaşına beş nəfər – prokurorun müavini, istintaq idarəsinin rəisi və üç müstəntiq dindirirdi”.

Rövşanə Rəhimlinin ifadəsi başa çatandan sonra Xədicə Ismayıl ona müraciət edib: “Mən üzr istəyirəm ki, Azərbaycan hökuməti məni həbs eləməkdən ötrü adamların şəxsi həyatını müzakirəyə çıxarıb. Camaatın yataq otağına qeyri-sağlam maraqlarını nümayiş etdirirlər…”

Tural Mustafayevin atası Bulud Mustafayev də dindirilən şahidlər arasında olub. O, XədicəIsmayılın “oğlunuzun intiharında məni günahkar bilirsinizmi?” sualına belə cavab verib: “Mən ümumiyyətlə, heç kimi günahkar bilmirəm”.

“Xədicə, sən hamımızdan azadsan!”

Turalın keçmiş həyat yoldaşı Şəfa Rəsulova, “Azadlıq” radiosunun Bakı ofisində xadiməişləmiş Mətanət Məmmədova, Rövşanə Rəhimlinin rəfiqəsi, hüquqşünas Samirə Ağayeva, tanınmış jurnalistlər Şahvələd Çobanoğlu, Çingiz Sultansoy da dünən şahid qismindədindirilib.

“Xədicəni yaxşı tanıyıram. Qohumluq əlaqəm yoxdur, amma çox istədiyim adamdı”, – deyəifadəsinə başlayan Şahvələd Çobanoğlu əsasən təsisçisi və baş redaktoru olduğu “Fərqli düşüncə” qəzetinin fəaliyyətilə bağlı prokuror Ramazan Hadıyevin suallarını cavablandırıb. Dindirmə zamanı Şahvələd Çobanoğlu ilə Xədicə Ismayıl arasında belə bir dialoq olub.

Xadicə:

– Möhkəmsiz?

– Möhkəməm. Sən hamımızdan azadsan…

Samirə Ağayeva da ifadəsində deyib ki, Tural Mustafayevin psixoloji problemləri olub: “Intihara cəhddəəvvəl təsadüfi onu şəhərdə gördüm, dedi ki, bir həftədir içirəm, yaşamaq istəmirəm. Bir saat sonra SMS gəldi ki, ”Roşkaya deyərsən, onun dediyi kimi elədim…”

Məhkəmə prosesi bu gün davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button