Zaman sizi qalib çıxarıb – “Azadlıq”a təbrik

evez-zeynal

“Xural” qəzetinin baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı “Azadlıq” qəzetinin 26 illiyini təbrik edib. Əvəz bəy feysbuk səhifəsində yazıb:

“Azərbaycan mətbuatının qalan son müstəqil yazılı nəhənginin doğum günüdür bu gün. Zaman-zaman ondan incisək, bəzən ümidimizi kəssək də, o, bizim oxumayanda nəfəsimizin çatmadığını hiss etdiyimiz qəzet olub. Həbsxanaların dar və vahiməli künc-bucaqlarında gözlərimizi yoluna dikmiş, ondan gələn xəbərləri gözləmişik. Sətirlərinin arasında özümüzü, taleyimizi axtarmışıq. Problemlərini öz problemlərimiz kimi yaşamış, dərdli günlərinə onunla birlikdə kədərlənmişik.

“Azadlıq” qəzetindən danışıram. Bu böyük və əzəmətli qəzeti təbrik edirəm. Sındırılan, sıradan çıxarılan, bağlanan, satılan, yavaşca səngərini dəyişənlərdən fərqli olaraq, “Azadlıq” dözdü, yaşadı, savaşdı.
“Azadlıq” qəzetini və orada çalışan bütün Qəhrəman həmkarlarımı təbrik edirəm! Biləsiniz ki, zaman Sizləri qalib çıxarıb! Siz məğlubiyyətə düçar edilmiş ordunun həqiqətən qalib dəstəsisiniz! İndən sonra nə olursa olsun, qalib də qalacaqsınız!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button