Rubrikalar: GÜNDƏM XuralTAC

Zamirə Hacıyeva Londonun sendviç barında £ 332,000 xərcləyib

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.

Əvvəlcə o, çox ehtiyatla alış-veriş edirmiş – £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib, BBC-nin məhkəmədən əldə etdiyi sənədlərdə deyilir.

Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.

2007-ci ildə o, yenidən Miu Miu dükanına gedib və 25 ədəd American Express kartlarından £10,616 ödəyib.

Bundan sonra 55 yaşlı Zamirə Hacıyeva daha bahalı əşyalar almağa başlayıb.

Harrods-da naməlum əşyalara £66,000, Tom Dixon dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.

Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazalarıdır.

Boucheron daş-qaş dükanı: £3.5 milyon Cartier daş-qaz dükanı: 1.4milyonDennis Basso (ABŞ dəb dizayneri) dükanı: £402,000Sandwich by Tom – “sendviç” barında: £332,000, Harrods ətir kassaları: £160,000

20 iyun 2008-ci ildə o, £925 funta alt paltarı və corab alır.

Düz 63 dəqiqə sonra o, sevimli dükanı olan Cartier-də £433,389.79 funt sterlinq xərcləyir.

Həmin günün axşamı isə 374 funt sterlinqə “kişi paltarları dizayneri”ndən əşya alır.

Günlər sonra o, Elie Tahari dizaynerindən 8,387 funt sterlinqlik bazarlıq edir və £847 məbləğində ətir alır.

26 iyunda isə lüks saat dükanında üç əşya üçün £17,000 xərcləyir.

Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ Disney-in eksklüziv mağazasında Bibbidi Bobbidi Boo kassasında xərclənib.

Kimin üçün olması bəlli olmasa da, Disney dükanında, həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1,000 ödənilib.

Həmin gün o, Boucheron daş-qaşına £160,000 xərcləyib.

O, pulu təkcə özünə xərcləməyib, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1,371 ödəyib.

Beləliklə, Zamirə Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək Harrods-da 16,309,077.87 funt sterlinq xərcləyib və bu xərclərin 6 milyonu ərinin bankına məxsus 35 kredit kartındən ödənib.

Ümumilikdə isə o, 54 kredit kartından istifadə edib.

Milli Cinayət Agentliyindən (MCA) Nicola Bartlett deyir ki, ərinin Azərbaycan bankından ailə üzvlərinə heç vaxt geri qaytarılmamış kredit kartları verməsinə dair iddialar fonunda Zamirə Hacıyevanın xərcləri “əhəmiyyətlidir”.

Onun alış-verişləri Azərbaycanda oğurlandığı iddia edilən zamandan bir il sonra, Hacıyevanın Britaniyaya yerləşmək istəyindən sonra başlayıb.

Zamirə Hacıyeva Britaniyada varlı sərmayeçi qismində viza almaq istəyib.

MCA bildirib ki, Zamirə Hacıyevanın hər hansı gəlirinin olması barədə dəlil tapa bilməyib. Pul ona ərindən gəlib və bir də Britaniya banklarında olan depozitlərindən 27000 funt sterlinq məbləğində mənfəət əldə edib.

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb.

Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və Milli Cinayət Agentliyindən məhkəməyə şikayət edib.

O, məhkəməyə deyib ki, həyat yoldaşı həbsdə olduğu üçün onlar müdafiə edilə bilməyiblər və buna görə ərinin uğurlu biznes imkanlarını və qanuni yollarla pul qazanmasını göstərmək mümkün olmayıb.

bbc.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Virtualaz.org bildirir ki, sərəncamla respublika ərazisində…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Xırdalanda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi…

8 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır. Virtualaz.org xəbər verir…

8 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Əvəz Zeynallı ilə İstanbul söhbətləri-7”: “Livana yardım etməliyikmi?”-VİDEO

Xural TV-nin hazırda Türkiyədə olan rəhbəri Əvəz Zeynallı İstanbulun tarixi məkanlarından ölkə və dünya gündəmini dəyərləndirməkdə davam edir. Bu gün…

8 Avqust 2020
  • ARAŞDIRMA
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Beyrutdakı partlamadan sonra Türkiyə iki limanına diqqəti artırmalıdır-TƏHLİL

Levent Yılmaz “Yeni Şafak” qəzeti, Türkiyə, 06.08.2020-ci il   COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə…

8 Avqust 2020
Xural.COM