Zaqatalada kütləvi zəhərlənmə…

Dünən, mayın 7-də Zaqatala rayonunda aralarında uşaqlarda olmaqla bir çox şəxslərin səhhətində pisləşmə qeydə alınıb.

“Turan”ın məlumatına görə, yerli xəstəxanaya qısa zaman kəsiyində 40 nəfərə yaxın sakin tibbi yardım üçün müraciət edib.

Mayın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də agentliyə deyilib ki, dünən saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsi ilə 34 nəfər Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: “Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalar başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən də verilən məlumata görə, artıq bu məsələ ilə bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Səhhətləri pisləşən şəxslər və ya onların yaxınları ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button