Zelenski Rusiya ilə dini əlaqələri qadağan edən qanunu təsdiqləyib
Yayımlandı: 24 Avqust 2024 13:39
Sənəd həmçinin “Rus dünyası” ideologiyasının təbliğatını qadağan edir
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ukraynada Rusiya ilə əlaqəli dini qurumların fəaliyyətinin qadağan edilməsi haqqında” Qanunu imzaladığı bildirilir.
“İnterfaks-Ukrayna” yazır ki, qanunun məqsədi ölkədə Rus Pravoslav Kilsəsinin və ona bağlı dini qurumların fəaliyyətini qadağan etməkdir.
Sənəd həmçinin “Rus dünyası” ideologiyasının təbliğatını, o cümlədən dini qurumların köməyi ilə bu ideologiyanın təbliğini qadağan edir.
Ukraynada Rusiya ilə əlaqəli dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsi ölkə parlamentinə 2023-cü ilin yanvarında təqdim edilib.
2024-cü il avqustun 24-də isə qanun qəbul edilib.
Ukraynanın təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları mütəmadi olaraq Ukrayna Pravoslav Kilsəsinin icmalarında Rusiya təbliğatını yaymaqda və “nifrətin qızışdırmaqda” şübhəsi ilə axtarışlar aparır.
Ukraynada fəaliyyət göstərən Rus Pravoslav Kilsəsinin nümayəndələri isə müharibədə Rusiyanı dəstəkləmədiklərini bildirirlər.