Zelenski Ukraynanın yeni prezidentidir

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatdı.

Virtualaz.org xəbər verir ki, ölkə qanunvericiliyinə uyğun olaraq, saat 21:00-dan (Bakı vaxtı ilə) sonra ekzit-polların nəticələri açıqlana bilər.

Beləliklə, Ukrayna Milli ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 73,2%, Pyotr Poroşenko isə 25,3% səs toplayıb.

Yerli “1+1” telekanalının ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 72,7%, Pyotr Poroşenko isə 27,3% səs toplayıb.

Yerli “112.Ukrayna” telekanalının ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 73,7%, Pyotr Poroşenko isə 26,3% səs toplayıb.

Beləliklə, Vladimir Zlenski Ukraynanın yeni prezidenti seçilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button