Rubrikalar: DÜNYA XuralTAC

Zelenskinin partiyasının zəfəri – yeni yaradılmış təşkilat 253 mandat qazanıb

Ukraynada iyulun 21-də keçirilmiş parlament seçkisinin qəti nəticələri bəlli deyil. Novator.az bildirir ki, iyulun 24-nə olan hesabata görə, prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası proporsional sistem üzrə 124, dairələrdən 129 mandat alıb. Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. Hələlik prezident partiyasının 253 mandatı var.

Yuri Boykonun Müxalif Platforma Partiyasının 44, Yuliya Timoşenkonun Batkivşina Partiyasının 25, Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyasının 25, Svyatoslav Vakarçukun Səs Partiyasının 20 mandat götürdüyü bildirilir.

Ukrayna parlamenti 450 yerlikdir. Ali Radanın 225 deputatı majoritar üsulla (dairələrdən), 225 deputatı proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Ancaq ərazilərin bir hissəsi işğal edildiyi üçün seçki 199 dairədə təşkil olunub.

Vladimir Zelenski 1978-ci ildə doğulub. Siyasətə gələnədək şoumen kimi tanınıb. Prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Xalq Xidmətçisi Partiyasının əsası 2016-cı ildə qoyulub. Əsas qurucuları Vladimir Zelenski və Yevgeni Yurdıqadır.

2016-cı il aprelin 13-də siyasi qurum Yevgeni Yurdıqanın sədrliyi ilə Qəti Dəyişikliklər Partiyası kimi qeydiyyatdan keçib. 2017-ci il dekabrın 2-də təşkilata Xalq Xidmətçisi Partiyası adı verilib, İvan Bakanov sədr seçilib. Hazırda İvan Bakanov Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı səlahiyyətlərinin icraçısıdır.

2019-cu il mayın 22-dən Xalq Xidmətçisi Partiyasına Dmitri Razumkov sədrlik edir. 1983-cü il təvəllüdlü Dmitri Razumkov iqtisadçıdır. 21 iyul seçkisində partiyanın proporsional siyahısına başçılıq edərək Ali Radanın deputatı seçilib.

Partiya öz adını 2015-2019-cu illərdə çəkilmiş teleserialdan götürüb. Serialda baş rolu – prezident seçilən müəllim rolunu Vladimir Zelenski oynayıb.

Paylaş:

This post was last modified on 24 İyul 2019 5:21 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib. Qaynarinfo xəbər…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərin sayı açıqlandı

MSK-ya 177 müraciət daxil olub. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Real TV deputatlığa namizəd olan əməkdaşlarını cəzalandırdı

Real TV kanalının üç əməkdaşı - Ləman Ələşrəfqızı, İlqar Mikayıloğlu və Afət Telmanqızı işdən çıxarılıb. Bu barədə Afət Telmanqızı şəxsi…

17 Fevral 2020
  • GÜNDƏM
  • İQTİSADİYYAT
  • XuralTAC

Qubad İbadoğlu: “Son 7 ildə iqtisadiyyatımız irəli yox, geri gedib”

Qubad İbadoğlu ADR Hərəkatının sədri   "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası tətbiq olunduğu 7 ildə milli iqtisadiyyat irəli yox,…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gələcək. Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir. Agentliyin həmsöhbəti…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Zəngilan və Qubadlıdan olan xanımlar Mehriban Əliyevaya müraciət etdilər-Seçkilərin nəticəsi ilə bağlı

Bir neçə gündür müxtəlif dairələr üzrə 9 fevral Milli Məclisə seçkilərin nəticəsindən etirazlar davam etməkdədir. Çoxsaylı saxtakarlığın və qanun pozuntusunun…

17 Fevral 2020
Xural.COM