Zeynəb Xanlarova: “Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır”

“Mən ömrüm boyu “türkəm” demişəm. Türkün gücünü görən Avropa Şurası əlbəttə, belə qərəzli hərəkətlər edəcək”.

Bu fikirləri Milli Məclisdəki çıxışında xalq artisti Zeynəb Xanlarova Türkiyəyə qarşı AŞ PA-da qəbul olunan qərəzli qərara münasibət bildirərkən söylədi. Daha sonra Zeynəb xanım on illər boyu oxuduğu, Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən mahnının sözlərini xatırlatdı:

“Türkün qolu bükülməz,
Türkün beli əyilməz.
Bir kərə qalxan bayraq,
Bir daha enməz enməz!”

Daha sonra Z.Xanlarova bunları bildirdi: “Türkiyəyə qarşı belə bir hərəkət tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirir. Çox xahiş edirəm, Oqtay müəllim, bizim parlament adından etirazımızı bildirək! Bu gün Türkiyənin yanında olmalıyıq. Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, nəinki parlament üzvləri! Bizim hansısa ağrılı yerimiz olanda birinci Türk xalqı arxamızda dayanıb. Biz də Türkiyənin yanında olmalıyıq. Biz də Milli Məclis adından Avropa Şurasına bir məktub yazaq, etiraz edək!”

Spiker Oqtay Əsədov dedi ki, Milli Məclisdə 14 nəfərin bu məsələ ilə bağlı çıxış etməsi elə münasibətin göstəricisidir, bu istiqmətdə fəaliyyətimiz davam edəcək”.

Elşad PAŞASOY

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button