“Zeytinli Rock Festivalı” bu il keçirilməyəcək

Yayımlandı: 11 Avqust 2022 13:43

İctimai təhlükəsizlik səbəbilə tədbirin baş tutmasına icazə verilməyib

Türkiyədə 2005-ci ildən bəri təşkil olunan “Zeytinli Rock Festivalı”nın bu il keçirilməsinə icazə verilməyib.

Bildirilir ki, Balıkəsirin Burhaniye Nümayəndəliyi (Kaymakamlık) ictimai təhlükəsizlik, asayiş və ətraf mühitin qorunması bəhanəsilə tədbirin təşkilini qadağan edib.

“Zeytinli Rock Festivalı” 2005-ci ildən etibarən Balıkəsirdə Edremitdə Dalyan çimərliyində təşkil olunmağa başlayan musiqi festivalıdır.

Festivala hər il üç yüz mindən çox tamaşaçı axını olur.

“Zeytinli Rock Festivalı”da dünyanın 90 ölkəsindən rok ifaçıların iştirak etdiyi bildirilir.

Festivalda həmçinin Türkiyənin rok ifaçı və qrupları – Teoman, Feridun Düzağaç, İskender Paydaş, Şebnem Ferah, Cem Adrian, “MaNga”, “Athena”, “Zakkum”, “Mor ve Ötesi”, Hayko Çepkin, “Ceza”, “Seksendört”, “Flört”, “Pinhani”, Aydilge, Can Bonomo, “Moğollar” çıxış ediblər.

Biletləri öncədən satılmış festivalın keçirilməsi 17-21 avqusta planlaşdırılırdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button