“Zeytun budağı” əməliyyatında SON DURUM: 1266 terrorçu, 19 obyekt məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı başladığı gündən 1266 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, qərargah ötən gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 86 üzvünün məhv edilməsi barədə xəbər yayıb.

Bundan başqa, son məlumata görə, Türkiyə HHQ terrorçuların 19 obyektinə hava zərbələri endiriblər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button