“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər həyatını itirib

Yayımlandı: 3 İyun 2024 21:59

İşçilərin zəhərləndiyi bildirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər işçi zəhərlənərək həyatını itirib. Hadisə iyunun 3-də axşamüstü saat 17.00 radələrində zavodun 61 saylı üzən tərsanəsində baş verib.

Hadisə yerinə 10-a yaxın Təcili Tibbi Yardım briqadası gəlib. 5 nəfər – Tural Səfərəliyev, Namiq Yolçuyev, Teyyub Ağayev, Orxan Şahbazov və Səmid Məmmədov həkimlər gələnə qədər ölüb. Daha iki nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar başlayıb.

“Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur. Eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button