Ziya Məmmədov Azad Rəhimovu da «aldı»?!

Anar Məmmədovun adamları «Bukmeyker kontorları»ndan 15.000 pul yığır!..

«Topaz» çayxanalara «paz» olub

Ölkə mətbuatını başına götürən və hər yerdə reklamları ilə göz qamaşdıran «Topaz»dan məlumatlar əldə etmişik. Məlumatlarda «Bukmeyker kontorları» işlədən çayxanalardan – hər birindən 15.000 manat pul tələb edildiyi söylənilir. Bu çayxanalarda futbol hesabına pul qoyuluşları oynanılır. Buna el dilində «şot vermə» də deyilir. Futbol işi ilə məşğul olan çayxanaların hamısından 10.000-15.000 manat pul tələb olunur. Çayxana işlədənlər pulların nəqliyyat naziri Ziya Məmmədovun adamları tərəfindən yığıldığını deyirlər. Onların sözlərinə görə «Topaz» da Ziya Məmmədovun oğlu Anar Məmmədovundur.

«Topaz»ın açılışında isə Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib və qurumun nazirə tabe olduğu gələn xəbərlər arasındadır. Bəs o zaman necə olur ki, Azad Rəhimovun açılışını etdiyi «Topaz»ın qara pullarını Anar Məmmədovun adamları yığır? Yoxsa Ziya Məmmədov Azad Rəhimovu qanadlarının altına alıb və səlahiyyət imkanlarını bu dərəcədə genişləndirib?

Deyə bilmərik, amma bir şeyi bilirik ki, Ziya Məmmədovun gül balası «Topaz»la, ya da «Topaz»a əməlli-başlı paz olub…
Mövzunu diqqətdə saxlamağa çalışacağıq…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button