Ziya Məmmədov fəhlələri prezidentin qızının toyunda pulsuz işlədib?

Toydan beş gün əvvəldən «Amburan» istirahət mərkəzində işləyən fəhlələrə pul ödənilməyib…

 Redaksiyamıza daxil olan məlumatlara əsasən, dövlət başçısı İlham Əliyevin qızı Arzu Əliyevanın Bakıda yerləşən «Amburan» İstirahət Mərkəzində keçirilən toyundan beş gün əvvəl Nəqliyyat naziri Ziya Məmmədova məxsus şirkətlərin fəhlələri orada işlədiblər. XuralTAC-a daxil olan məlumata əsasən, fəhlələr toy mərasimi üçün gətirilən xüsusi qab-qacaq dəstlərini yerləşdirmək, daşımaq işini görüblər. Bundan başqa, toya hazırlıq işlərinə cəlb edilmiş fəhlələrdən biri bizimlə söhbətində bildirib ki, istirahət mərkəzinin həyətinin təmizlənməsi, gətirilmiş xüsusi güllərin yerləşidirilməsi işini də onlar görüblər. Məlumat verən həmsöhbətimiz onu da əlavə etdi ki, istirahət mərkəzində beş gün işlədilmələrinə baxmayaraq, onlara heç bir zəhmət haqqı ödənilməyib.

Onu da əlavə edək ki, nəqliyyat naziri Ziya Məmmədovun dövlət başçısının oğlu Heydər Əliyevin kirvəsi olduğu söylənilir. Görünür, məhz bu formada olan qohumluq əlaqələri dövlət başçısının xeyir işinin təşkilinin də Ziya Məmmədova həvalə edilməsinə səbəb olub. Lakin Ziya Məmmədov bu işi də qüsursuz həyata keçirməyib – fəhlələrin pulunu verməyib.

Bir daha Arzu xanımla Səməd bəyi yeni qurduqları ailə həyatı münasibətilə təbrik edir, onlara xoşbəxtlik və ailə səadəti arzulayırıq.

XuralTAC

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Yazıq nazirin pulu nə gəzir fəhləyə verməyə, quruca maaşa baxan adamdır, hələ fəhlələr ona pul verməli idilər ki, kişi toya nəmər atıb xərcə düşəcək…
    Nə zaman bu qəzetlər ədalətdən yazacaqlar görəsən?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button