Ziya Məmmədovun qardaşı oğlu Biləcəridə küçəni bağladı-İNSANLARI DA TƏHQİR ETDİ!

“Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsi, Finevi 61 ünvanında anormal hadisələr yaşanır. Buradan verilən əmrlə küçənin yolunu bağlayır, bizi saya salmırlar” – bunu xural.com-a ərazidə yaşayan qonşular yazıb. Küçənin kəsildiyini və divarla bağlandığını iddia edən qonşular onu da deyirlər ki, Fin evi 61-in sahibi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədovdur və orada hazırda Nəriman Məmmədovun oğlu Fuad Məmmədov yaşayır. Fuad Məmmədov narkomanların onları narahat etdiyini əsas gətirərək küçəni öz xeyrinə bağlayır. Etiraz edən, ya da izahat istəyən qonşulara məhəl qoyan isə yoxdur. “Əgər narkomanlar kimisə narahat edirlərsə, o zaman dövlət var, polis var, hökumət var – bunlara müraciət etmək olmazmı?” deyir qonşular, amma onlara fikir verən yoxdur. Redaksiyamızla əlaqə saxlayan, adını təhlükəsizlik səbəbi ilə çəkmədiyimiz bir xanım iddia edir ki, danışığa gedərkən Fuad Məmmədov onları küçə söyüşləri ilə söyərək hədələyib. Qısa araşdırmamızdan sonra məlum oldu ki, Fuad Məmmədov Nəriman Məmmədovun polkovnik rütbəli oğludur. Xural.com olaraq Binəqədi rayon icra hakimiyyətinin mətbuat xidmətinə zəng edib məsələyə aydınlıq gətirmək istəsək də, telefonlarımızı götürən olmadı. Amma biz icra hakimiyyətindən Ziya Məmmədovun qardaşı oğlunun yolu bağlamasına və polkovnik olan bu adamın insanları təhqir etməsinə aydınlıq gətirməsini gözləyirik. Əslində, insanları təhqir etməsinə görə Fuad Məmmədovun hərəkətlərinə polis orqanları münasibət bildirməlidir.

Görünür, Ziya Məmmədovun vaxtındakı harınlıq hələ burunlarından getməyib. Küçəni bağlamaq, qonşuları təhqir etmək də bunun əlamətlərindən biridir. Amma qonşular da Azərbaycan dövlətinə göz dikib, kömək gözləyirlər.

Məsələ diqqətimizdədir.

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button