Ziya Məmmədov Bəylər Əyyubovu niyə qəzəbləndirib?

Robert Əyyubovun naziri təşvişə salması barədə yeni məlumatlar “Azadlıq”qəzetinin ötən sayında prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun nəqliyyat naziri Ziya Məmmədovu təşvişə salması barədə xəbər dərc edilmişdi.
Həmin xəbərdə bildirilirdi ki, Robert Əyyubov bir neçə gün əvvəl Ziya Məmmədova məxsus “ZQAN Holding”in ofisinə gedib. Generalın qardaşı oğlu həmin vaxt çox əsəbi olub. Robert Əyyubov “ZQAN”nın ofisində nazirin oğlu Anar Məmmədovu hədələyib. Onun Anar Məmmədova əl qaldırdığı da bildirilir. Məlumatda deyilirdi ki, Robert Əyyubovun bu addımına səbəb şəxsi taksilərə lisenziya verilməməsi olub. Görünür, onun da taksi biznesi var. Generalın qardaşı oğlunun bu addımı Ziya Məmmədovu təşvişə salıb. Nazirin hətta qorxudan lisenziyaların verilməsini bərpa etdiyi deyilir.
Dünən bu olayla bağlı yeni məlumata görə, Robert Əyyubov yalnız lisenziya məsələsinə görə qəzəblənməyib. Bu sadəcə Ziya Məmmədovun üzərinə yerimək üçün bəhanə olub. Məlumatda vurğulanır ki, insidentin əsas səbəbi Ziya Məmmədovun Bəylər Əyyubovu əsəbiləşdirməsi olub. Nazir müşavirələrin birində Bakı portunun tikintisində əsas yer alan generala məxsus “Azərkörpü” şirkətinin işindən narazılığını bildirib. Və şirkətin nümayəndəsinə barmaq silkələyərək belə davam edəcəyi təqdirdə onları layihədən uzaqlaşdıracağını deyib. Ziya Məmmədovun bu hərəkəti Bəylər Əyyubovun çevrəsində qəzəbə səbəb olub. Bu baxımdan ilk fürsətdə nazirin üzərinə hücum çəkilib.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

5 şərh

  1. Maraqlıdır, deyəsən elə bu dəli-dolu Robikdir hərdən camaatın ürəyindən tikan çıxaran! Birinə barmaq, birinə şapalaq eliyir. Sağ ol ay qoçubala, deyəsən elə bu ölkənin yiyəsi axırda sən olacaqsan. Sən olsan, bəlkə çoxdan o Serjikləri təpiyinin altına salıb çığnamışdın!

  2. Kim ne etse, sonudada hele olacaq. vaxti gelende Robert deyilen oglana bele edilecek. Kisi oz hunerine cavab vermeli arxanda dayi, emi durub hunerlenmemeli. ne ekersen onuda picersen. Vaxt gelecek bir insan boyuk qezebi ile olunun kitabini baglayacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button