Ziya Məmmədov yol polislərinə tabe olmur

Bazar ertəsi səhər saatlarında Kür çayının üstündəki körpünün uçması nəticəsində Hacıqabul-Bəhrəmtəpə yolunda avtomobillərin hərəkəti dayandırılıb. Bu barədə «Xural»a Sabirabad rayonundakı Oxucular məlumat veriblər. Məlumat verən rayon sakini bildirib ki, iki gün idi ki nəqliyyat vasitələrinin iki gün idi ki, körpüdən növbə ilə buraxıldıqlarını və buna görə axşam saatlarında çayın sağ və sol sahillərində tıxacın uzunluğunun 1 km-ə qədər uzandığını qeyd edir. Mütəxəssislərin fikrincə hadisəyə səbəb istismar qaydalarına riayət olunmamasıdır. Belə ki, ötən əsrin 60-cı illərində inşa edilmiş körpü ən çoxu 10 ton ağırlığında yük maşınları üçün nəzərdə tutulub. Hazırda körpüdən 60 ton ağırlığında müasir yük maşınları keçir. Bu maşınlar yüksək rütbəli dövlət məmurların şirkətlərinə məxsusdur. Odur ki, istər körpünün 100 addımlığında yerləşən yol istismarına nəzarət, istərsə də körpünün 500 addımlığındakı Dövlət Avtomobil Müfəttişliyinin 734 saylı stasionar postunun əməkdaşları istismar qaydalarına pozmalarına baxmyaraq, sürücülərə irad bildirməyə cəsarət etmirlər, bu maşınların uzaqdan görən kimi arxalarını çevirərərk özlərini görməməzliyə vururlar. Yerli sakinlər körpüdə insan ölümü ilə nəticələnən hansısa hadisə baş verməyincə belə vəziyyət davam edəcəyi qənaətindədirlər. Onların fikrincə, bu özbaşınalığın qarşısını yalnız belə bir faciə ala bilər.

Rayon sakini bildirir ki, əslində bu maşınlar Nəqliyyat Nazirliyinə məxsusdur.  Həmin ağır tonnajlı maşınlar da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən çınqıl daşları daşıyırlar. Bu çınqıl daşlarının isə istehsal olunaraq Bakı şəhərində yol çəkilişinə istifadə edirlər. Bildirilir ki, çınqıl daşıyan yük maşınları körpüyə yaxınlaşan kimi Dövlət Avtomobil Müfəttişliyinin 734 saylı stasionar postunun əməkdaşları şlaqbaumu qaldırır. Bundan sonra da yük maşınları qəzalı vəziyyətdə olan körpüdən keçirlər. Maraqlıdır ki, həmin maşınlar Bakı-Bəhrəmtəpə magistral yolunun körpünün Sabirabad rayon tərəfdən girişində Baş Dövlət Yol Polisinin stasionar patrul postu var. İmişlidən gələn yük maşınları isə demək olar ki, bu yoldan istifadə edərək məhz həmin postdan keçərək körpüyə daxil olurlar. Belə çıxır ki, körpüdən qanunsuz olaraq istifadə edən yük maşınları məhz daha yüksək dairələrə arxalanaraq qanunları pozurlar.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button