Ziya Məmmədovun oğlu istefa verdi

Akademiyanın ərazisi satıldı...

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib. 

Bu barədə xəbəri Qaynarinfo-ya Gənclər İdman Nazirliyinin bu idman federasiyası üzrə kuratoru Fikrət Hüseynov bildirib: “Federasiyanın rəhbərliyi yoxdur. Ona görə də fəaliyyəti tam dayandırıb”.

2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.

Fikrət Hüseynov federasiyanın Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 9-cu km-də yerləşən baş ofisi və idman meydançasının satılmasına da belə münasibət bildirib: “Bu barədə dəqiq heç nə deyə bilmərəm”.

Digər məlumata görə, Azərbaycan Qolf Federasiyasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə verilə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button