Ziya Məmmədovun qardaşı toya hazırlaşır

Elton Məmmədov

91 saylı Ucar seçki dairəsindən bitərəf deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov oğlunu evləndirməyə hazırlaşır.

Bu barədə Modern.az saytına toya dəvət olunan deputatlardan biri məlumat verib. Məlumata görə, toy oktyabrın 8-də Bakıdakı bahalı restoranlardan birində olacaq.

Deputatın qohum olduğu ailənin tanınmış olmadığı bildirilir. Saytımıza onu da bildiriblər ki, Elton Məmmədovun oğlu da Milli Məclisdə (MM) işə düzəlib. Onun bir ay öncə MM-in Beynəlxalq münasibətlər şöbəsində işə götürlüdüyü qeyd olunur.

Qeyd edək ki, deputat Elton Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

 Tatlısəs Günelin nişanlısına nə dedi?

 «Bu qız mənim övladımdır, ondan muğayat ol…»

 İmperator ləqəbli İbrahim Tatlısəs yaxınları ilə görüşüb. Başına gələn məlum hadisədən sonra ilk dəfə olaraq kameralar qarşısına keçən İbrahim Tatlısəs sevənlərini salamlayıb. Müğənni yenicə evləndiyi Ayşegül Yılmazla birlikdə məşhur “çiy köftə” yemək üçün xəstəxanadan çıxıb. Uzaqdan jurnalistləri salamlayan İbrahim Tatlısəs sağlam və gümrah olduğunu da bildirib. Jurnalistlərin diqqətini isə müğənninin yanında olan insanlar çəkib. Həyat yoldaşı və toyundakı nikah şahidindən başqa, Tatlısəsin yanında Azəri qızı Günelin atası Rəhman da olub. Bir neçə dəqiqədən sonra isə Azəri qızı Günel və nişanlısı da qonaqlar sırasına qoşulub.

Cütlük İmperatorun əlindən öpərək, onunla xeyli söhbət edib. Günelin nişanlısı ilə tanış olan İbrahim Tatlısəs: “Bu qız mənim övladımdır, ondan muğayat ol. Ona gözün kimi bax”, – deyərək cütlüyü salamlayıb. Qeyd edək ki, Azəri qızı Günelin 11.11.11 tarixində ailə quracağı bildirilir. Toyda İbrahim Tatlısəs də iştirak edəcək.

 +++

 Ayı hərbi hissəyə hücum etdi – İraq Ziya Məmmədovdan

 Ayı güllələnib, 1 hərbçi yaralanıb

 Rusiyada əcaib hadisə baş verib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, oktyabrın 1-də uzunluğu 3 metr, çəkisi 700 kiloqram olan nəhəng qonur ayı Kamçatkada Cənubi Koryak qəsəbəsi yaxınlığında yerləşən hərbi hissənin ərazisinə daxil olub.

Ayı həmin vaxt hərbi hissədə hər hansı maneəyə rast gəlməyib və hərbi hissənin yeməkxanasına girib. Burada qarşılaşdığı bir hərbçiyə hücum çəkərək onun əlini dişləyib. Hərbçinin qışqırığına digər hərbçilər gəliblər. Onlar ayını güllələyərək öldürüblər. Ayının dişlədiyi hərbçinin vəziyyətinin isə ağır olmadığı açıqlanıb.

 +++

 Sarkozinin oğlu manekenlə birgə

 Fransa Prezidenti Nikolya Sarkozinin oğlu Pierre də atasının yolunu davam etdirir

 Pierre Sarkozinin tanınmış model Bar Rafaellə münasibətləri barədə xəbərlər yayılıb. Buna səbəb moda həftəsi üçün Parisə gedən Leonardo Di Kapriodan ayrılan israilli manekenin gecə klublarından birində gənc Sarkozi ilə gizlicə görüşməsi olub. Bütün gecə səmimi şəkildə əylənən cütlüyün klubdan ayrı-ayrı çıxması isə diqqətdən yayınmayıb.

 +++

 “Ata” və “Ana” ləğv olunur

 Britaniya hökuməti yaxın günlərdə pasportda qeyd olunan “ata” və “ana” sözlərini ləğv etmək niyyətindədir. “Qafqazinfo”nun məlumatına görə, homoseksualların hüquqlarını müdafiə edənlərin təzyiqləri nəticəsində onların yerinə “valideyn1” və “valideyn2” terminləri yazılacaq. Dəyişikliklər anketə bu ilin dekabrına kimi daxil ediləcək.

Qeyd edək ki, Britaniyada uşaq övladlığa götürən eynicinsli şəxslərin evliliyində onlar rəsmi olaraq valideyn hesab olunurlar. Lakin heç də hər kəs gələcək dəyişikliklərdən razı qalmayıb. Ailə dəyərlərinin müdafiəsindən çıxış edən qruplar bu dəyişikliyin ailə əsaslarını alt-üst edəcəyini bildiriblər.

Seksual azlıqların hüquqlarının müdafiəçiləri iddia edirlər ki, Böyük Britaniyada homoseksuallar əhalinin 10%-ni təşkil edir. Milli Statistikaya əsasən isə homoseksuallar və biseksuallar Birləşmiş Krallığın 1,5%-ni təşkil edir, 94% respondent özünü heteroseksual adlandırır, yerdə qalan faizi isə öz seksual orientasiyasını açıqlamaqdan imtina edir.

 +++

 İranda Romeo və Cülyetta faciəsi

 İranda həbsxanaya atılıb zorlandığı və buna görə də intihara əl atdığı iddia edilən gəncin sevgilisi də öz həyatına qəsd edib. Britaniyanın “Daily Mail” qəzeti İranın bloq məkanında müasir Romeo və Cülyetta faciəsi kimi tanıdılan iki gəncin sevgi dramını bu cür təsvir edir:

«28 yaşlı Nahal Sahabi və onun 22 yaşlı oğlan sevgilisi Behnam Ganji həbsxanadan buraxılandan dörd həftəsonra intihar edib. Bu yay  Behnam Ganji tutularaq səkkiz gün, onun sevgilisi Nahal Sahabi isə 3 gün Tehranın məşhur Evin həbsxanasında saxlanıb. Azad ediləndən az sonra isə onların ikisi də intihar ediblər. ”

Tehran Universitetinin tələbəsi olan Ganji tutulana qədər dostu, insan haqları fəalı 26 yaşlı Koohyar Goudarzi ilə eyni otaqda yaşayırmış.

Bu il iyulun 31-də onların yaşadıqları ünvana gələn təhlükəsizlik qüvvələri Goudarzi ilə yanaşı, heç bir siyasi və ictimai fəallığı olmayan Ganjini də onunla birlikdə həbs edib Evin həbsxanasına göndəriblər. Bunun ardınca Ganjinin sevgilisi Nahal Sahabi və Goudarzinin anası da həbs olunub.

Ganjinin Amir adlı dostu “The Times”a bildirib ki, həbsxanadan çıxandan sonra dostu tanınmaz hala düşüb. Heç kimlə danışmır, telefon zənglərinə cavab vermirmiş. Onun dediyinə görə həbsxanada Ganjini döyüb işgəncə verməklə ondan otaq yoldaşı Goudarzinin guya hansısa cinayətkar təşkilata üzv olması barədə ifadə alıblar.

Amir əmindir ki, bu ifadəni almaq üçün onun dostunu döyüb, zorlayıblar.

Onların başqa bir dostları olan Farya Barlas da qəzetə bildirib ki, Ganji ilə Goudarzini bir-birinin gözləri qarşısında gözətçilər həbsxanda zorlayıblar.

Həbxsanadan buraxılandan az sonra – bu il sentyabrın 1-də Ganji yaşadığı evdə həddən artıq dərman içərək həyatına qəsd edib. Goudarzinin isə harda olduğu mlum deyil. Vəkili bildirir ki, həbs ediləndən bu yana onunla əlaqə saxlamaq mümkün olmayıb. Evin həbsxanasından Goudarzinin hələ də onlarda olması barədə məlumatları inkar edir, onun harda olduğunu bilmədiklərini deyirlər.

Uşaq bağçasında müəllimə olan Sahabi isə həbsxanada zorlanma təhdidlərinə baxmayaraq, azadlığa çıxanda sevgilisi qədər depressiyada deyilmiş. Amma Ganjinin intiharı onu da sarsıdıb. Sevgilisinin ölümündən sonra Sahabi öz bloqunda yazırdı: “Ey, Behnam, sənə lənət olsun, sənsiz indi mən nə edim? Bəlkdə də başa düşsəydin ki, kimsə səni çox sevir, ölümdən dönərdin.”

Keçən həftənin cümə axşamı günü – sentyabrın 29-da ailəsi Nahal Sahabini də Tehranda öz otağında intihar etmiş tapıb.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button