Ziyalılar “Qadınlara qarşı zorakılığa son!” dedi

Bu gün Rasional İnkişaf  uğrunda Qadınlar Cəmiyyəti (RİQC) 2016-cı ildə keçirmiş “Qadınlara Qarşı Zorakılığa SON!” adlı 16 Günlük Fəallıq Kampaniyasına həsr olunmuş Forum keçirdi.

Tədbirdə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Həsrət Yolu” Əsir və Giovlara kömək İB rəhbəri Esmira Orucova, UNFPA əməkdaşı Xalisə Şahverdi, Qadın Problemləri Tədqiqat birliyindən Səbinə Hüseynova, psixoloq Kəmalə Abdullayeva, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və başqaları iştirak edirdi.

Forum RİQC-in Qadınlara qarşı Zorakılıqla mübarizə mövzusunda tərəfdaş olduğu Asiya İnkişaf  Bankı, Kvinna till Kvinna Fondu və German Marşal Fondunun Qara Dəniz region təşkilatı ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdu.

RiQS-in ofisində keçirilən tədbirin əsas məqsədi ölkədə Qadınlara qarşı zorakılıq faktlarının artmasına ictimai diqqəti cəlb etmək idi. Forum Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri  Şəhla İsmayılın salamlaması və ətraflı təqdimatı ilə başladı. Daha sonra Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi  Səbinə Cəfərova Forumunun iştirakçılarını salamlayaraq, qadınlara qarşı zorakılıqla mübarizə mövzusunun önəmliliyini vurğuladı, bu istiqamətdə görüləcək işlərin zərurətini ifadə etdi.

Sonra son 14 il ərzində (2002-2016) RİQC-in gender-əsaslı zorakılıqla mübarizə mövzusunda ğördüyü işlər, o cümlədən 2016-cı ildə təşkil onunan təşəbbüslər haqqında təqdimat oldu; 2016-cı ildə tanınmış kişi simalarının iştirakı ilə #qadinqettlerineson şüarı altında çəkilmiş sosial çarx təqdim olundu.

Forumda çıxış edənlər son 14 il ərzində qadınlara qarşı zorakılığın artmasından danışdılar, buna səbəb kimi təhsilin aşağı səviyyədə olmasından, Vətəndaş Cəmiyyəti üzvlərinin bu sahədə təbliğatına lazımi şəraitin yaradılmamasından, dövlət tərəfindən problemin həllinə diqqətin qənaət bəxş olmamasından danışdılar və bu sahədə RİQC-nin uğurlu fəaliyyətini qeyd edərək cəmiyyətin rəhbəri Şəhla İsmayıla uğurlar arzuladılar.

Rüfət Baxışbəyli

Bastainfo.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button