Ziyalılıq ölçüsü – Rüstəm İbrahimbəyov, yoxsa Rəşid Behbudov?!

Ağalar_Bayramov“Bir rus görəndə oluruq xar yanında,
Quzu, keçiyiz biz.
Keçməz sözümüz bir pula Sərdar yanında,
Çünki nəçiyiz biz?!
Tanrı buna şahid – quzu, keçiyiz biz…” ( M.Ə.Sabir, 1906-ci il)

“Biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq” (Rüstəm İbrahimbəyov, 2015 -ci il)

…Mən Rüstəm müəllimi qınamıram. Çünki Xocalıda atasının gözü qabağında zorlanan qızları öz qızı, işgəncədən naləsi göylərə bülənd olanları, Spitakda boruya doldurulub ağzı qaynaqlanan soydaşlarımızı öz övladı, ağaca sarılaraq 8 yaşlı qızı Xəzangülün gözləri qarşısında yandırılan Təvəkkülü öz qardaşı hesab etməyəndən – vəzifəsindən, şöhrətindən asılı olmayaraq, bundan artıq şey gözləmirəm! Cənab Rüstəm müəllim haradan bilsin ki, 1992-ci ildə Təvəkkülü ermənilər ona görə yandırıb ki, onlar ona ” Qarabağ erməni torpağıdır” sözünü dedirdə bilməmişdilər. Yaziq Təfəkkül… Bilsəydin ki, 2015-ci ildə sənin ziyali bildiyin Rüstəm müəllim belə “müdrik” danışacaq, heç…
rüstəm ibrahimbəyovRüstəm müəllim bəyəm bilmir ki, bu millət dediyimiz ermənilər əsrlər boyu Rusiyanın əlində alət olub, Rusiyanın hesabına dövlət olub? Bəyəm bilmir ki, 1905, 1918-ci ildə də bizə belə unutdurmaq istəyiblər bunların bizə olan vəhşiliyini? Rüstəm müəllim bəyəm hələ də fərqinə varmır ki, bu milləti bizə qarşı sonsuz nifrətə kökləyiblər onlarin zori balayanları, silva kaputikyanları? Və bunlara heç bir zaman etibar yoxdur? Bilir, yaxşi bilir, amma bağrından qopduğu millətini, xalqını bir tək Nikita Mixalkovla olan sənət dostluğuna görə, ermənini bizim ustümüzə qisqırdan rusun-imperiyanın ayağına verir..

rəşid behbudov

Yadıma, rəhmətliklər – təpədən-dırnağa milli olan Rəşid Behbudovun, Tofiq İsmayılovun Mixail Qorbaçova dedikləri sözlər düşdü… Onlar millətini hər şeydən uca tutdular!
…Mənim əzəl gündən kosmopolit düşüncəli adamlara nifrətim sonsuz olub! Millətinə olan alçaqlıqları ürəyinin süzgəcindən keçirməyi bacarmayıb, yalnız öz şöhrəti haqqında düşünəndən, “Bir cənub şəhərində” filmi vasitəsi ilə millətinə ikrah hissi ilə üstdən aşağı baxandan , “Səhranın ağ günəşi”ndə müsəlmanı bambılı yerinə qoyub, rusu göylərə qaldırandan nə desən gözləmək olardı! Bu da nəticə… Heç olmasa, özünü “elit”,”ziyalı” sayan “Oskar” mükafatçısı Rüstəm müəllim, fransızların ” Köhnə tüfəng” filminə baxıb bir papağını qabağına qoyub özü üçün bir nəticə hasil edəydi! Görəydi ki, o filmdə “məndən ötdü, elə bil saman çuvalına dəydi”, “mənə dəyməyən canavar yüz il yaşasın” fikri ilə rejissor belə insanların portretini necə canlandırıb…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button