Zülfüqar Mikayılov Məhkəmə Zülfüqar Mikayılov hüquqlarının pozulmasını aradan qaldırıb

“Nardaran işi-3” ilə bağlı həbs edilmiş ilahiyyatçı Zülfüqar Mikayılov barəsində postfaktum hökmdə cəzaçəkmə rejimi ağırlaşdırılıb.

Xüsusən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək yerinə, hökmə onun xüsusi rejimdə həbsi zərurəti haqqında norma əlavə edilib.

Amma bu pozuntu vəkil Şəhla Hümbətovanın vəsatəti əsasında dünən Bakı Apellyasiya Məhkəməsi tərəfindən “Nardaran işi-3″lə bağlı həbs edilənlərin işinə baxılarkən aradan qaldırılıb.

Hakim Sahibxan Mirzəyev Mikaylovun xüsusi rejimdə həbsi haqqında qərarı ləğv edib.

Qeyd edək ki, Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkillər müttəhimlərə bəraət verilməsini xahiş ediblər.

Həbs edilənlər özləri aprelin 13-də keçiriləcək növbəti iclasda çıxış edəcəklər.

Bu insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində xüsusi əməliyyatdan sonra həbs ediliblər. Həmin vaxt polis “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadəni və onun bir qrup tərəfdarını saxlayıb.

Həbs edilənlər Bağırzadənin təşkil etdiyi cinayətkar birlikdə iştirak etməkdə ittiham olunublar. Onlara qarşı CM-in on maddəsi: terrorizm, qanunsuz silah saxlama, konstitusiya quruluşunu zorla dəyişdirmə cəhdi, polisə müqavimət göstərmə və s. ilə ittiham irəli sürülüb.

Müttəhimlər özlərini təqsirli bilməyiblər və məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində məruz qaldıqları işgəncələr haqqında danışıblar.

2017-ci il dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi ilahiyyatçı Zülfüqar Mikayılovu 17 il, Ruzi İsmayılov və Cabir Əliyevi hər birini 16, Ramil Seyfullayevi, Mübariz İbrahimovu hər birini 15, Elxan Həsənovu 14, Faiq Allahverdiyevi, Mehman Quliyevi, Elman Ağayevi hər birini 13 il, Əli Hüseynovu, Mehman Məmmədovu, Eldar Bünyətovu 12 il 3 ay müddətinə azadlıqdan məhrum edib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button