Mübariz Mənsimov daha bir addım atdı – VİDEO
Mayın 6-da suya buraxılacaq növbəti gəmi də şəhidlərimizdən birinin adı altında beynəlxalq sularda üzəcək. Bu barədə “Yeni Azərbaycan”a Mübariz Mənsimovun dostu, hərbi ekspert Elçin Axundzadə məlumat verib. O qeyd edib ki, gəminin suya salınması mərasimi təntənəli şəkildə keçiriləcək. ““Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilməyə başlayıb.
Gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır. Bir neçə gün öncə şəhid generalımız Polad Həşimovun adı verilmiş gəmi Azov dənizinə doğru yol aldı. Mübariz Mənsimov hər zaman xalqın xidmətində olub, bu gün də əsl patriot olaraq vətən üçün əlindən gələni etməyə səy göstərir. Şəhidlərimizin adlarını daşıyan gəmilər onların xatirəsini əbədi yaşatmaqla yanaşı, şəhid ailələri üçün də böyük təsəlli və sevincdir”,- deyə ekspert bildirib.
Sağ ol mübariz müəllim! Biləsvarlı Fəxrəddin Quliyev