Rektorun prorektoru…

Leriklilər lənkəranlılara niyə iş vermir?!..

 SOS: Pedaqoji yönümlü LDU-da əxlaq bir kateqoriya kimi belə yoxdur!!!

 Əziz Oxucu! Bu yazının hər sətrində puç olan insan həyatı, dağıdılan dövlət əmlakı və büdcəsi, tapdanan namus və heysiyyət, kor qoyulan elmə şahid olacaqsan. Amma və lakin təəssüflər olsun ki… istər Lənkəran ictimaiyyəti, istərsə də Azərbaycan dövləti bu faktlara qarşı biganədir. Mən sadəcə yazdım, şahidlik etdim ki, mən o şamtutanların sırasında deyiləm.

Qatil prorektor…

Tanış olun: Kamran Kazımov 1979-1985-ci illərdə Rusiya Federasiyasında analığını qətlə yetirdiyi üçün həbsdə olmuşdur. Asəf İsgəndərov onu təlim-tərbiyə işləri üzrə prorektor təyin etmişdir.

Hal-hazırda ayıb bir xəstəlikdən müalicə olunduğu deyilən Kamran Kazımovun bir rəsmi arvadı, bir də Lənkəranın kimliyini tanıdığı qeyri-rəsmi, yəni kəbinli arvadı var – LDU-nun süpürgəçisi Firəngiz. Tabeçiliyində olanlardan da bir xeylisi – təbii ki şantaj yoluyla! Üstəlik də…

 Haşiyə:

Ölkədə iki və daha çox arvadlılıq haqqında qanun olsaydı, bu faktlar yazılmazdı. Həm də Kamran Kazımov bunu vəzifə səlahiyyətlərindən sui-istifadə etmədən və təhdid yoluyla etməsəydi, deyərdik – kişinin imkanı var, birini yox, onunu saxlayır. Bir gün prorektor işləməsə, hətta evindəki də qaçar ondan…

 Qorxmaz Ağayevin qorxulu işləri

 Lənkəranın ara və xəlvər küçələrində “52-BC-230”dövlət nömrə nişanlı qırmızı “Jiquli-011”göründüsə, həmən ətrafda ürkək addınlarla addımlayan bir qadının yaxınlaşacağı gözlənilir. Bu binəva Qorxmaz Ağayevin imtahan, yaxud da zaçot kəsiriylə çıxılmaz vəziyyətə saldığı növbəti qurbandır! Qovdurmaq hədəsi ilə şantaj edib özünə çəkdiyi tələbə qızları şəhərin ən xəlvət küçələrinə çəkib istirahət mərkəzlərinə aparmaq üçün… Qorxmaz Ağayevin bu konspirativ nəqliyyat vasitəsi artıq 37-ci ilin “kabusu”nu xatırladır!

Qorxmaz Ağayev 2002-ci ilin məzunudur. Az bir vaxtda lerikli və həm də Asəf İsgəndərovun aspirantı olması onu tədris bölməsinə müdirliklə şərəfləndirib.

Bütün ixtisaslar üzrə pulyığma kampaniyasına məhz bu adam rəhbərlik edir. Hətta oxuyan tələbələrə açıq-açığına bildirilir: “oxumağınızın nə xeyri? Asəf İsgəndərovun haqqı çatmalıdı!”

Faciəli məqam isə budur ki, imtahan və zaçotu bu fənni tədris edən müəllimlər yox, məhz Asəf İsgəndərovun razılığı ilə Qorxmaz Ağayevin dəstəsində olan namizədlər aparır. “Bolonya sistemi”nin milyon kilometr belə həndəvərinə yaxın düşməyən tədris rejimi bu dəstəyə o həddəcən imkan verib ki, suallara cavablarda bəziləri götürüb sevişdiklərinə mesajları yazır və… ən yüksək qiymət alırlar.

Qorxmaz Ağayev eyni zamanda təhsil naziri Misir Mərdanovun sərəncamı ilə digər ali məktəblərdən transfer olunanları “dəfnetmə bandası”nın başçısı da adlandırmaq olar. Belə ki, köçürülən tələbələr ilk semestr yola verilsələr də, növbəti imtahanlarda akademik göndəriş ümidinə saxlanılır. Qovulmaqla üz-üzə qalan tələbələr yalnız və yalnız 5 min manat ödədikdən sonra tələbə həyatına davam edə bilərlər!

Vaxtilə Qorxmaza dərs demiş müəllimlər indi Qorxmaz Ağayevin qurbanıdır – elə bir müəllim-professor qalmayıb ki, Qorxmaz Ağayev onu təhqir etməmiş olsun!

Mən bu faktları biləndən sonra düşünürəm – burada dərs deyən müəllimləri dünyanın ən aciz adamları kimi harasa bir cəngəlliyə yerləşdirmək daha məqsədəuyğun olardı. Çünki qüruru olmayanların kadr hazırlamaq və nəsil yetişdirmək haqqı ola bilməz. Təəssüflər olsun ki, Qorxmaz Ağayev kimi birisinin quluna çevrilənlər bunu anlamamaqla yanaşı, həm də evlərinə necə də əzilmiş-tapdanmış ər – ata kimi qayıtmaqlarının fərqində deyillər!

Təəssüflər! Lənət belə ailə saxlamağa, lənət belə çörək qazanmağa! Təhsildən isə danışmağa dəyməz!

İ.S. Universitetin bir çox fakültələrində “bakirəlik testi” keçirilsə, məlum olar ki, Asəf İsgəndərovun “sayeyi-mərhəməti”ndən və Kamran Kazımovun, Qorxmaz Ağayevin  “xidmətləri”ndən gələcək Azərbaycan üçün ləkələnmiş bir xeyli vətəndaş var!

İ.İ.S. Bu yaxınlarda LDU-da həmkarının qızı ilə kafedrada sekslə məşğul olarkən yaxalanan professorun biri getdi… o dünyaya!

İ.İ.İ.S. Deyəsən, mən axtarıb axırda Kamran Kazımovun, Qorxmaz Ağayevin necə və nə cür MTN tərəfindən nəzarətə götürülməsinə nail olmağın yollarını axtaracam. Kİ… Konstitusiyanı, CM-yi və yaxud hansı normativ akta istinad etməli olum!

Asəf İsgəndərov, Kamran Kazımovu prorektor, dekan, kafedra müdiri gətirməyinə görə heç kim sənin dövlət əmlakını dağıdıb, Lerikdəki kolxoz sənədlərini yandırmaq üstə onda türmədə, indi qəbirdə yatan dədən Daşdəmirə “sağ olsun belə oğul atası”, “qəbri nurla dolsun” deməz.

Haşiyə:

Mən təəssüf edirəm ki, Azərbaycan Respublikasının Baş Prokuroru hüquq elmləri doktoru İlyas Abbas oğlu İsmayılov deyil. Mən təəssüf edirəm ki, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovdur. Ən azından ona görə ki, Zakir Qaralovu tərpətməsə də, oxuyanda adamı hər yerindən tüstüləndirən faktlar var ortada. Şikayətçilər yeyinti faktlarını obyektiv araşdırmaq üçün Maliyyə Nazirliyini üç dəfə yoxlamaya məcbur etmişlər. Müəllimlər, universitet əməkdaşları açıq-açığına izahatlar verməklə, şahidlik etməklə rektorun cinayətlərinə şəhadət veriblər, lakin… Asəf İsgəndərovun bir dılğır aspirantı-köməkçisi gələnləri yedirib-içirib yola salandan sonra bəyanat verir: “nə yazırsınız yazın, hara yazırsınız yazın, “çörnı kassa”dan haqları verilib yola salınacaqlar” və… Zakir Qaralovun, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin vecinə deyil ki… bu dövlətin təməl atributları darmadağın edilir. Rektor ölkədən qovulmuş separatçı həmyerlilərinin kitablarını, onların ideologiyalarını təbliğ edən qəzetləri universitetdə yayır!

Bircə faktı şahid gətirirəm: uzaq olmayan 2008-ci ildə humanitar elmlər fakültəsinin tədris korpusunun təmirinə 32 min manat vəsait silinib. 2009-cu ildə isə təmir məqsədilə yenidən 450 min manat vəsait ayrılıb. Faktiki olaraq bu vəsaitin cəmi 70 min manatı təyinatı üzrə xərclənib. Qalan pullar nağdlaşdırma yoluyla mənimsənilib.

Mən bilmirəm, prokurorluq sistemimizdə korrupsiya nəyə deyirlər?

Asəf İsgəndərovun Lerikə başucalığı gətirən daha bir möhtəşəm xidməti: adam götürüb şəhid atasını – Fədail Qafarovu qarovulçuluqdan azad edib, məhkəmələrə də yol tapıb işə bərpa etməyə qoymur!

Yaşasın leriklilik!!! Ura! Ura!!! Ura!!!

Qarovulçu Fədail Qafarovun oğlu Qarabağ uğrunda ölsün, ikisi də ölməyə hazır olsun, amma Asəf İsgəndərovun heç nədən başı çıxmayan oğlu gömrükdə işləsin, rüşvət yıgsın!

Bir də “ura” və ardı-arası kəsilməyən “gurultulu, sürəkli alqışlar”…

Deyirlər, alimin mürəkkəbi şəhidin qanından üstündür! Buyurun, bu fikrə istinadən alimə hörmət edənlər: Asəf İsgəndərov alimdi, amma necə?! Beləsi Azərbaycanın harasına məxsus ola bilər?

Yaşasın Lerik!!!

Maliyyə Nazirliyinin üç dəfəyə apardığı yoxlama nəticəsində dağıdılan dövlət əmlakının 165 min manatı büdcəyə qaytarılıb… Ancaq nədənsə bu pulları qaytartdırmağa nail olmuş komissiya Asəf İsgəndərov haqqında cinayət işinin başlanması üçün təqdimat yazmır! Niyə?

OLMUŞ HADİSƏ:

Bu yaxınlarda rayonda biri bir fahişəni təhqir etmişdi. Az qala operativ əməliyyat qrupu təşkil edib basmarlayacaqdılar, yaxşı ki, qeyrətli oğlanlar qabağa durdular.

SUAL: Çox hörmətli Baş Prokuror Zakir Qaralov cənabları, dağıdılan dövlət əmlakının, dövlət büdcəsinin bir fahişə qədər dəyəri yoxdumu?

FAKT: Şəhərin Füzuli küçəsində yerləşən, əvvəllər fəaliyyət göstərən Lənkəran sovxoz-texnikumuna məxsus tikili tamamlanıb istifadəyə verilmək üçün Lənkəran Dövlət Universitetinin balansına köçürülmüşdü. Rektor yarımçıq tikilinin panellərinin hər birini 350 manatdan təsərrüfat işləri üzrə prorektor Ruslan Həmidova satdıraraq pullarını cibinə qoyub. Ələ keçən mişar daşı, karkaslar, armaturlar… əlqərəz, nə varsa… hamısı Asəf İsgəndərovun qarnına gedib. Torpaq sahəsi də iş adamlarına dükan yeri kimi satılıb.

Elə hesab edirəm, bu dəfəlik bəsdi. Bəs eləməsə, gələn dəfə, tələbələrin köçürülməsindən, imtahanqabağı soyulmasından və s. və s. bitib-tükənməyən əməlləri yazmaqla davam edəcəyik – ta ki… Asəf İsgəndərova Yadigar Sadıqov kimi camaatın içində “sən alim yox, cındırsan” demək imkanı əlimizdən alınana qədər!

HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ NƏZƏRİNƏ – hər sətir üçün təsdiqedici faktlarla sənədlər təqdim oluna bilər cinayət işinin başlanması üçün. Yetər ki, sizlər Azərbaycan dövlətinin mənafeyini qorumağın tərəfində olasınız!

SON SÖZ ƏVƏZİ: Bu gün Asəf İsgəndərovun üzünü “əla etnik təmizləmə aparırsan (yəni ki lənkəranlıları işləməyə qoymursan)”, – deyərək hər iki tərəfdən öpən leriklilər, sabah sizlər Lənkəranda işsiz qalanda, bu yazı sizlərə bir daha və yenidən oxudulacaq! Onda onun hər iki üzünə lənkəranlı-lerikli ayrıseçkiliyinə görə tüpürməyiniz gec olacaq!

Məndən demək idi, dedim, siz bilən məsləhətdi!

YAZIYA SÖZARDI: Əks iddia ilə çıxış edən hər bir vətəndaş və təşkilat üçün kifayət qədər əsaslı faktlarla qarşı-qarşıya durmağa hazıram!!!

ƏN SON MƏLUMAT: Bir  neçə gün qabaq LDU-nun rektoru Asəf İsgəndərovun köməkçisi Emin Quliyev rüşvət alarkən yaxalanıb. Əməliyyat polislər tərəfindən keçirilsə də, MTN və Prokurorluqdan razılıq alındığı bildirilir. İstintaqın gedişinə mane olmamaq üçün əlavə faktları açıqlamırıq. Bircə onu demək istəyirik – Emin Quliyev də əslən Lerikdəndir. Leriklilər məskunlaşan Rvo kənd sakinidir!!!

 Redaksiyadan:

Yazıda adı çəkilənlərin də mövqelərini dərc etməyə hazırıq.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

15 şərh

  1. salam hormetli muellif.ilk once deyim ki LDU ve orada calisan bir sira uzdeniraq muellimler haqqinda yazinizi beyendim.cunku men onlara muellim demeye utaniram.duzdu men de lerikdenem ama asef isgenderov kimi bir insanin yerlisi olmaqdan utaniram.size bir fakt deyim o insan ki bu imkanlara malik olsun ama onun qardasi oglu telebe yataqxanasinda vefat etsin bele insana siz ne ad vererdiz.melum ki bu insanin esas derdi pul yigmaqdi.burda lerikli lenkranli ferq etmir yeter ki onun istediyi kimi davransin.Qaldi ki ela edirsen lenkaranlilari qoymursan islemeye kelmesine.bu seviyyesiz insanlarin sozudu siz ozunuzu bu seviyyesizlerle eyni seviyyeye salmayin. mese caqqalsiz olmaz.lerikliler lenkaranda yasayandan sonra onlarin nutfesi bele deyisib.

  2. Yixilana balta vuran chox olar (atalar meseli) sozum sizedi eziz telebeler. qaldi rushvete 1ci bu republikada rushvetsiz ish goren yoxdu adice styanshike de rushvet verilir daha yaxshi parkovka verdiyine gore. 2ci oxuyan ozu kechir HECHNESIZ. 3cu de ki Azerbaycanin hansi univeritetinde (lenkerandan bashqa) 30 Azn-e qiymnet yazirlar?! Pisi gormeyen yaxshinin qedrin bilmez burda deyibler…

  3. Yazılanlardan men biləni çoxu düzgün qeyd olunub.Axı bu rüşvətxorluğun qarşısı alınmalıdır.Nə vaxta kimi bele davam etməlidiyee. 1 insan nə vaxta kimi vəzifədə qlmalıdıyeee? bəs bu cavanlar nə zaman rektor olacaq? bəsdi də işlədiyi! 1 də unutmyın ey insanlar, balıq başından iylənər! O Qorxmazı tələbələrin ahı tutmalı idi, çünki onun heç insafı yox idi, ermənidən də betərdi!

  4. Xahiş edirəm orada işləyən müəllimlərin hamısını o pislərin siyahısına salmayın. Menim yadıma gəlir ki, bir gün imtahandan sevinə sevinə çıxdıq. 1 hamilə gəlin var idi qrupumuzda imtahana pul verməmişdi, müəllimimiz dedi ki neynək sen də mənim qızımsan darıxma men seni keçirəcəm, ama oxu suallara cavab yaz bildiyin qədər. İnanın ki sevincimiz cox çəkmədi, müəllim bir də gördük ki, hirsindən şəkəri və təzyiqi qalxıb. Soruşduq ki nə olub? müəllim dedi ki, o pul verməyən hamilə gəlinə qiymət yazdığım üçün QORXMAZ aləmi qatıb bir-birinə ki sen ondan pul almısan ama bizə vermirsen, ama halbuki müəllim o gəlindən pul almamışdı, axrı müəllim öz cibindən pul çıxarıb vermişdi Qorxmaza! Müəllim özü də çox pis halda getmişdi evinə.O yaxşılıq unudulmaz! Telman müəllimə eşq olsun. Telman Bayramov “Təbiyyat fakültəsi”!

    1. Ilk once her birinize can saqliqi arzulayiram allah haqqi tapdalayanlari hec sevmez,hara baxir olke rehberi ,millet vekilleri butun sosial sebekeler Prof.A.D Isgenderovun alcaliqindan, rezilliyinden,tamahkarliqindan yazir 1 nefere gore butun Cenub bolgesi mehfe doqru gedir,ilan qizil uste oturan kimi bu alcaq butun pecatlari altina yiqib oturub,75 stat bosdur,kimseye vermeye ureyi gelmir,isciler tehgir olunur, dekan ,kafedra mudurleride yerine hevale olunub,bir baxin boyuk muqayiseye atasi Dasdemir kisi Boyuk veten muharibesinden evine mektub gonderir idaredeki pecin kulunu bosaltmamisam anbara qoymusam dovletin emlakina zerer gelmesin,deyin bosaltsinlar,bela gozel dovranda yasadiqimiz zamanda bu mentiqsiz prof.oz lazimsiz fikirlerini yuruderek azerbaycan xanimlarini ,analarini,Lenkeran pedaqoji texnikumunu bitirmis mezunlarini,kecmis rektor prof.M.Baqirovun kadirlarini ,essek kimi islederek statlarini fehle,paltarsaxlayan,xadime,qapici,gozetci kimi istismar edir,hormetli nazir hansi qanunda yazilib ki,pedaqoji kollec bu cur ixtisasli mezun buraxir????Emek mufetisliyine muraciyyet olunsada rektorun Qorxmazdan sonra saq eli tesarufat isleri uzre prorektor uninin huquq elmleri uzre akademiki )))gelen inspektorlara bunda ne var ki,demakla eliyle ciblerine sigal cekir teki tergi dunya alim rektora xos olsun,cox maraqlidir heyatinin coxunu yasamis bu alim goresen kimese yaxsiliq edib mi?ve yaxud dunyani terk edanda nese apracaqmi?cox tessuf men eminem ki,mizan terezide allah onun ezabini artiq edar,Insallah.LDU-da etrafinda su qusu kimi gezenlerde qir qazaninda yanar,100 faiz inanin dovletin emlakina ,kimsenin haqqina goz dikenler gec tez cezasini layiqince alar,arvadlarina ,qizlarina,oqlanlarina kimsenin payinin yedizdiren xainler unutmayin burunlarindan firil-firil tokuler az qalib:(((((((((((

  5. Bu yazının hər sətrində demək olarki bir qərəzlilik var, çünki söhbəti gedilən məqalədə cüzi olaraq rüşvət, özbaşınalıq kimi kreteriyalardan bəhs olunur. Burada əsas məqsəd Lerik və leriklilərə olan münasibət özünü çox eqaiat bir formada birüzə verir. Əslində isə nə prof. A. İsgəndərov kimi alim və nə də onun ətrafında olan digər şəxslər (Qorxmaz Ağayev, Kamran Kazımov və s.) qədər Lənkəran Dövlət Universitetinin mədəni, ictimai, sosial-iqtisadi, maddi-texniki bazasının formalaşdırılmasında, həmçinin burda tədris sisteminin İEÖ-dəki qaydalara uyğunlaşdırmaq üçün göstərdiyi xidmətlər danılmazdır və bunu ölkə başçısıda yüksək şəkildə qiymətləndirir…….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button