Əfqan Muxtarlı və Nemət Pənahlının Avropa Məhkəməsinə şikayəti Azərpoçt-da saxlanılır

Həbsdə olan jurnalist Əfqan Muxtarlı və siyasətçi Nemət Pənahlının işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətləri heç bir əsas olmadan Azərpoçtun PDM-ində saxlanılır. Bu barədə vəkili Elçin Sadıqov Facebook statusunda yazıb.
Vəkilin sözlərinə görə, şikayətlər təyinat ölkəsinə göndərilmir: “Yəqin ki, sonra itirildi kimi rəsmiləşdirəcəklər. Azərbaycan Höküməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü mafdəsini kütləvi şəkildə pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını qanunsuz olaraq alır. Bugün Əfqan Muxtarlı və Nemət Pənahlının məktublarının qanunsuz saxlanılması ilə bağlı rəsmi şikayət etmişik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button