Əhməd Davudoğlu bu gün İrana gəlir
Türkiyənin baş naziri iki günlük səfərlə bu gün Tehrana gəlir.
IRNA-nın məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Tehran səfərində İranın prezidenti və digər yüksək vəzifəli rəsmiləri ilə görüşəcək və onlarla ikitərəfli münasibət və əlaqələr barədə danışıqlar aparacaq.
Türkiyə baş nazirinin Tehran səfəri rəsmi görüş çərçivəsindədir və iki ölkəyə regional məsələlər haqda məsləhətləşmə və əməkdaşlıqların inkişafı istiqamətində kömək edə bilər.