Əli Həziquliyevə vəzifə verildi
Yazıldığı tarix 12 Yanvar 2021
0

Tanınmış jurnalist Əli Həziquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini vəzifəsinə təyin edilib. Əli Həziquliyev BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələrinə məsul olacaq.
Qeyd edək ki, Əli Həziquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, “Elçi” qəzetinin və eyni adlı saytın baş redaktorudur.
BAXCP-nin ilk qurultayından partiyanın sıralarında təmsil olunur. Daha əvvəllər BAXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü olub.
Daha çox oxunan
Elçin Əfəndiyevin qızı bu məhkəməyə hakim təyin ediləcək
28 Yanvar 2021