Əvəz Zeynallı: “Dünyada bunun kimi gözəl, maraqlı, baməzə iddia ərizəsi yoxdur”

Əvəz Zeynallı
xural.com saytının baş redaktoru

“Biz Azərbaycan mətbuat tarixində ən maraqlı ittiham ərizəsi ilə qarşılaşmışıq. Ağsaqqallar Şurasının sədri iddia edir ki, onun evinin içində 50 il qabaq bitmiş üzüm kolunu o, 50 il sonra necə Dental klinikansının binasının arxasında əkə bilər? Ağsaqqal iddiasında yazır ki, bayraq bizim qürur mənbəyimizdir. Ağsaqqallar Şurasının ofisinin qarşısındakı bayrağı ofislə birgə çəkib yaymaq milli mənəvi dəyərlərimizə hörmətsizlikdir? Ofisin qabağndakı bayrağın şəklini biz çəkməməliydik? Yəni bayrağı kənarlaşdırıb ofisin şəklini çəkməliydik? Ağsaqqal iddia edir ki, onun portretini özünün icazəsi olmadan internetdə dərc etmək jurnalist oğurluğudur. Bu isə cinayət tərkibidir. Xüsusi ittiham qaydasında verişmiş ərizənin məğzi budur. İnternetdə onun portretini Yeni Azərbaycan Partiyasının saytı dərc edib. Biz də portreti oradan götürüb dərc etmişik. O, portrerinin dərc edilməsini jurnalist oğurluğu hesab edir. Bu oğurluğun isə cinayət tərkibi yaratdığını yazır. Dünyada bunu kimi gözəl, maraqlı, baməzə bir ərizə yoxdur,” o qeyd edib.

Zeynallı bildirib ki, xural.com saytı Şəfəq Allahverdinin problemini işıqlandırıb.

“Maraqlıdır ki, Şəfəq Allahverdi də Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu ağsaqqal Mircəfər Həsənov isə YAP Nərimanov Rayon Ağsaqqallar Şurasının sədridir,” deyə o qeyd edib.

Şəfəq Allahverdi jurnalistlərə bildirib ki, ölkədə mülkiyyətin toxunulmazlığı haqqında konstitusiya öhdəliyi olduğu halda onun özəl mülkiyyətində qanunsuz olaraq bağ salınıb.

“Məni məhkəməyə veriblər ki, guya bağ sahəsində ev tikdirimişəm. Orada (Heydər Əliyev prospekti 99\1 saylı evdən söhbət gedir) 40-cı illərdən, müharibədən sonra tikilən binadır. Klinika ilə bizim evimizin arasında bir metr məsafə var. Orada o divarın bir hissəsini dağıdıb qaraj tikdirib və sonra bizim binanın üstünü də zəbt edib. O öz qanunsuz hərəkətlərini bizim üstümüzə yazmaq istəyir. İnşallah bizim prezidentimiz, hüquq mühafizə orqanlarımız buna fikir verəcək. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə mən razı deyiləm və Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişəm,” o qeyd edib.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsi bir neçə ay öncə Miri Həsənovu Şəfəq Allahverdinin mülkiyyətinə zərər verdiyinə görə 400 manat cərimələyib. Xanım Allahevrdi isə məhkəmənin qərarı ilə razı deyil və apellyasiya şikyəti verib.

Baş verənlərlə bağlı Mircəfər Həsənov münsaibət bildirməyib.

Növbəti məhkəmə iclası yanvarın 23-də saat 15-də olacaq.

Amerikanın Səsi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button