Əvəz Zeynallı mətbuat konfransı keçirəcək…
“Xural” RATİ-də Dəyirmi Masa təşkil edir…
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində, 08 fevral 2011-ci il, çərşənbə axşamı, həftənin ikinci gün, saat 12.00-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mətbuat konfransı keçirəcək və mətbuatda son günlər baş verən hadisələr ətrafında “Xural” qəzetinin təşkil etdiyi Dəyirmi Masa olacaq. Dəyirmi Masada son günlər “Xural” qəzetinin ətrafında baş verən hadisələr haqqında danışılacaq.
Əvəz Zeynallı ard-arda gələn məhkəmələr və tətbiq olunan məhkəmə cərimələri haqqında geniş məlumat verəcək. Mətbuat konfransında Əvəz Zeynallının və “Xural” qəzetinin müdafiə tədbirləri haqqında və başlanacaq kampaniya mövzusunda söhbət aparılacaq.
Tədbirdə ictimai-siyasi xadimlərin və mətbuat işçilərinin iştirak edəcəyi gözlənilir.
“Xural” qəzetinin rəhbərliyi