«Mən «Diffamasiya haqqında» qanunun qəbul edilməsinin əleyhinəyəm»

Eynulla Fətullayev: “Azərbaycan hakimiyyətinə təşəkkürümü bildirirəm”

Xəbər verdiyimiz kimi, paytaxtda “Media Hüququ Təhsili” adlı elmi-əməli konfrans öz işinə başlayıb. “Jurnalistlərin və bloqqerlərin üzləşdiyi hüquqi suallar, media qanunlarının durumu və diffomasiya” adı altında müzakirə olunan birinci paneldə jurnalist Eynulla Fətullayev çıxışında bildirib ki, Azərbaycanda diffomasiya qanununun qəbul edilməsinin əleyhinədir: “Azərbaycanda diffomasiya haqqında qanun üç ildir ki, qəbul olunmur, buna heç gərək də yoxdur. Ona görə ki, diffomasiyaya görə heç kim həbs olıunmur. Həbs olunanlar da qeyri-diffomasiyaya görə həbs olunublar. Sonradan həbs olunan bloggerlər də xuliqanlıqda ittiham edilərək, həbs olunublar. Mən Azərbaycanda diffomasiya qanununun qəbul edilməsinin əleyhinəyəm, buna görə də Azərbaycan hakimiyyətinə bu qanunu hələ də qəbul etmədiyinə görə təşəkkürümü bildirirəm”.

 

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button