Əbülfəz Qarayev İran bayrağını tərs asdı

Dünən İran İslam Respublikasının informasiya agentlikləri maraqlı bir məlumat yayıblar. Məlumatda bildirilir ki, bu yaxınlarda İranın mədəniyyət nazirinin Bakıya səfəri zamanı təhiqarmiz hal başverib. Fars agentliklərinin məlumatına görə, İranın mədəniyyət naziri Seyid Məhəmməd Hüseyinin Azərbaycana rəsmi səfəri ərəfəsində Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevlə görüşdə İran bayrağı tərs asılıb.

Fars mətbuatı iddia edir ki, bu bilərəkdən edilmiş bir hərəkətdir. «İran Tayms» qəzetinin iddialarına əsasən bir müddət əvvəl İlham Əliyev İrana səfər edərkən səhvən Azərbaycan bayrağı tərs asılmışdı. «Bu hadisə Azərbaycanda böyük rezonans doğurmuş, hətta İranın əleyhinə Bakıda ağır təhqiredici bəyanatlar səslənmişdi. Görünür Əbülfəz Qarayev bayrağımızı tərsinə asmaqla bizdən əvəz çıxmaq istəyir» deyə farslar yazırlar.

Məlumat İran mətbuatında dünən günün sonunda yayıldığından, iddialarla bağlı olaraq Azərbaycanın Mədəniyyət Nazirliyindən rəsmi açıqlama ala bilmədik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button