Əli Əliyev İran prezidenti ilə görüşəcək
Xural.com Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətinə istinadən xəbər verir ki, partiya sədri Əli Əliyev İran hökumətinin dəvəti ilə qonşu ölkədə İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün Tehrana gedib.
VİP sədri Əli Əliyevin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.
Xural.com