Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”

Hazırda Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

“Ötən il Azərbaycanda ümumi qiymətlər 13,9 %, ərzaq məhsullarının isə qiymətləri isə 20 % ətrafında artıb. Çox işlənən ərzaq məhsulları daha sürətlə bahalaşsa da, bu, nəzərə alınmır. Bizdə ancaq idxal inflyasiyası öyrənilir. Nazirlər Kabinetindən tutmuş bütün rəsmi hökumət dairələrinin hesabatında inflyasiyanın bir qolu – idxal inflyasiyası əks etdirilir. Bu, yumşaq desək, yarımçıq xarakter daşıyan məsələdir”, – deyə o qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button