“Əliyev-Zelenski”görüşü dövlətlərin suveren hüququdur və Rusiyaya qarşı yönəlməyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat yayıb. O bildirib ki, Putin Azərbaycan prezidenti İlham Əliyevlə onun Kiyevə son səfərini ətraflı müzakirə ediblər.

Azərbaycan və Ukrayna prezidentlərinin müzakirə etdikləri GUAM ölkələrini birləşdirən nəqliyyat dəhlizinin yaradılması imkanlarını şərh edən diplomat deyib ki, “ikitərəfli münasibətlərin qurulması hər bir dövlətin suveren hüququdur”. Zaxarova onu da deyib ki, İlham Əliyev bundan əvvəl də Ukraynaya səfər edib və burada digər məsələlərlə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışıqlar aparıb.

“Azərbaycan Prezidentinin yanvarın 14-də Kiyevə səfəri mövzusu Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı zamanı ətraflı müzakirə olunub, bu, Azərbaycan tərəfinin təşəbbüsü ilə yanvarın 18-də baş tutub”, – deyə diplomat bildirib.

İlham Əliyev və Zelenskinin müzakirə etdiyi GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) arasında nəqliyyat dəhlizinin yaradılması imkanları ilə bağlı sualı cavablandıran Zaxarova izah edib ki, “ikitərəfli münasibətlərin qurulması hər bir dövlətin suveren hüququdur. bu əlaqələr və təmaslar üçüncü ölkələrə qarşı yönəlməyib”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button