Xanım jurnalistin evini oğurladılar

“Jurnalistlərin binasında oğurluq hadisəsi olub. Bu haqda oğurluq baş verən evin sahibi əməkdar jurnalist Ağanisə Sultanova status paylaşıb. Xural.com həmkarımızın statusunu təqdim edir:

 

“Bu gün saat 8-ə işləyəndə işdən evə gəldim. Qapının tutacağı, qıfılı sındırılmışdı. Amma bağlı idi, polislər gələndən sonra açıldı. Evin altı üstünə çevrilmişdi. Divar, dolabın üstü qan idi. Qızıl, zinət taxmağı sevmədiyim üçün hər şey siyirmədə idi. Hələ özümə gələ bilmirəm(((( Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc Ziyarətindən gətirdiyi, mənim talismanım olan boyunbağının da oğurlanmasıdır(((( 2014-cü ildə məni vurub qaçan avtomobil qəzasını kimin törətdiyini bilmədim. Bu gün də daha dəhşətli hadisə ilə qarşılaşdım. Bütün maddi ziyanlardan çox məni hər dəfə aldığım mənəvi zərbələr ağrıdır((((“

Jurnalistin evində baş verən oğurluq hadisəsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub. Rəy yazanlar, yazdıqları rəyləri silənlər – hamılıqla hadisəni pisləyib və cinayətkarların tapılıb cəzalandırılmasını tələb ediblər.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button