Ərdoğan: ““Taliban”la danışıqlarımız olub, lazım gəlsə, yenə danışıqlar apara bilərik” deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün cümə namazından sonra jurnalistlərə açıqlama verib. Sitat: “Biz Əfqanıstana bütün imkanlarımızla əlimizdən gələn köməyi göstərmişik və buna davam edirik”.

Ərdoğan onu da bildirib ki, hazırda Əfqanıstan təkbaşına buraxılıb. Türkiyə bu məsələdə ABŞ-la danışıqlar aparır: “Eyni zamanda, “Talibanla” da danışıqlarımız olub, lazım gəlsə, yenə danışıqlar apara bilərik. Hazırda prosesləri yaxından izləyirik. NATO-nun bu istiqamətdə iclası olacaq, xarici işlər nazirimiz də iclasda iştirak edəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button