“Əsrimizin Həcəri”-ZÜMRÜD YAĞMUR

“Həqiqət simvolu” Zümrüd Yağmurun doğum günüdür

İstedad Tanrının yaratdığına bəxş etdiyi əvəzsiz bir nemətdir. Dünya  sərvətindən də daha qiymətli sayılan bu nemət, heç nə ilə əvəz oluna bilməz. O sərvət ki, insan onun açarını hələ körpə ikən özündə gəzdirməyə müvəffəq olur. Haqqında danışmaq istədiyim istedad sahibi də illərini həqiqət naminə daxili dərinliyində özünə yük edib. Söhbət zülmün qarşısında əyilməyən, sınmayan, bataqlıqda çabalayan həqiqətə əl uzadan Zümrüd Yağmurdan gedir. Yazıb-yaratmağı, həqiqəti söyləməyi özünə bir missiya hesab edən bu cür mənsəb sahibləri özlərini daima maddiyyatdan uzaq tutur. Zümrüd Yağmur da bunu mübarizliyi, qəhrəmanlığı ilə bacardı. Hərdən düşünürsən: “Necə edim ki, dəyərli olan hikmət dolu kəsərli fikirlərimi mismar tək insanların beyninə yeritməyə çalışım? Necə  edim ki, insanlar itirilmiş, əzilmiş, tapdalanmış hüquqlarını bərpa edə bilsinlər? Millətimiz öz haqqına qovuşa bilsin?”

Bunun əsasını qoysaq, bəlkə onda cəmiyyət başını qaldırıb həqiqətin gözlərinə dik baxa bildi? Bəli, bunu məhz meydanlarda, xalqa – “Ey insanlar, bu camiədə həqiqət və ədalət axtarın. Qoymayın ki, kimlərsə sizin haqqınıza bais olsun və kimlərsə sizin öz halal haqqınızı sizə minnətlə yedirdsin. Çalışın ki, kimlərsə sizi zülmə məhkum etməsin. Hər zaman həqiqətin yanında olun. Çünki sizi yalnız bu bataqlıqdan, ağır durumdan həqiqət qurtara bilər, başqa heç kimsə” – səslənərək, (https://www.youtube.com/watch?v=Bo8BIn8_LeM) hayqıraraq Zümrüd Yağmur bunu da bacardı.

“Ağır zamanlarda, qarışıq dönəmlərdə, zalımların zülmlərinin tüğyan etdiyi dövrlərdə dahilər, yazarlar daha mükəmməl yetişərlər” deyiblər. Haqsızlığa qarşı öz zəkası ilə mücadilə etmək, ədalət üçün ədalətsizliyə qarşı savaşmaq, yazıb-yaradanın, kəsərli qələm sahibinin təməl daşıdır. Bunun da əsasını qoyanlardan biri, məhz Zümrüd xanımdur. O Zümrüd Yağmur ki, həqiqəti insanların beyninə, qəlbinə yazmaqla onların sevgisini qazanıb.

Belə bir məqam yalnız kamillərin simasında təcəlla edir. Həqiqət budur ki, siz də həmin kamil insanların sırasında yer almısınız, Zümrüd Yağmur. Sözün yaxşı mənasında barənizdə yetərincə çox sözlər, əzəmətli fikirlər söyləmək olar. Bu səbəbdən düşünürəm ki, nə zamansa haqqınızda “Qəhrəmanlıq əsəri”, bəlkə də “Həqiqət simvolu Zümrüd Yağmur” adlı bir kitab yazdım. Çünki siz bu cəmiyyətdə Azərbaycan vətəndaşları üçün, qorxmazlıq və mərdlik təməlinin əsasını qoymusunuz.

Əziz Zümrüd xanım, əslində qızıl misraya bərabər olan bu qiymətli fikirləri, sizin üçün əbəs yerə söyləmədim. Deyim ki, siz bundan daha qiymətlisinə və həyatın bütün gözəlliklərinə layiqsiniz. Çünki qısa zamanda söylədiyim kəsərli fikirlər, bütün gözəlliklər, sizin qəlbinizdə öz əksini çoxdan tapıb.

Bütün söylədiklərimi həqiqət rəmzi olan bir şəxsə, dövri mətbuatda, illərini isə həqiqətə bəxş edən bir insana, Zümrüd Yağmurun doğum gününə həsr etmişəm. Bunları nə qədər söyləsəm, fikirlərim tükənməzdir, heç yorulmuram da. Sizin haqqınızda hər hansı bir fikir söyləmək belə mənə böyük şərəfdir.

Doğum günün mübarək, əsrimizin Həcəri. Nə yaxşı ki, varsınız elimin, vətənimin, Azərbaycanımın ləyaqətli qızı. Nə yaxşı ki, bu cəmiyyətdə öz sözünü deyə biləcək birisiniz. Qələminiz kəsərli, ilhamınız tükənməz olsun, dəyərli Zümrüd xanım!

 

Ülviyyə Xəlil

 

Xural.com

 

Redaksiyadan: xural.com redaksiyası olaraq Əziz Zümrüd Yağmuru doğum günü münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayır və tezliklə Fuad Qəhrəmanlının azadlığa çıxmasını diləyirik.  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button