Əvəz Zeynallı 5-ci dəfədir doğum gününü həbsdə keçirir

Əvəz Zeynallı 5-ci dəfədir doğum gününü həbsdə keçirir

Bu gün həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallının doğum günüdür.

Onun 53 yaşı tamam olur. Daha öncə də həbs edilmiş Əvəz Zeynallı əvvəlki illəri də nəzərə alsaq, 5-ci dəfədir ki, doğum gününü həbsxanada qeyd edir.

Xatırladaq ki, Ə.Zeynallı siyasi sifarişlə və saxta ittihamlarla, ən əsası jurnalist fəaliyyətinə və hakimiyyətə qarşı tənqidi fikirlərinə, həmçinin Təttər cinayətini rəhbəri olduğu Xural TV yutub kanalında işıqlandırdığına görə həbs edilib. Hakimiyyət iddia edir ki, o, “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədovun şikayəti əsasında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə şübhəli bilinərək həbs edilib. Sonradan işi aparan Baş prokurorluğun İstintaq İdarəsi  312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsini də işə əlavə edib. İbtidai istintaq 2023-cü il yanvarın 10-a kimi davam edəcək.

Qeyd edək ki, o, daha əvvəl 2011-ci ilin oktyabrında da Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin siyasi sifarişi əsasında, guya sabiq millət vəkili Gülər Əhmədovanın şikayətilə həbs edilib və 2014-cü ilin dekabrında əfv sərəncamına əsasən azadlığa çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button