Əvəz Zeynallı həbs edildi – FOTO+VİDEO

Evez Zeynalli hebsBaş redaktor deputat Gülər Əhmədova tərəfindən şərlənib

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

Ə. Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Deputat G. Əhmədova  Ə. Zeynallını rüşvət tələb etməkdə ittiham edib.

 Ə. Zeynallı “Kanal 13” internet televiziyasının qarışından 2 nəfər mülki geyimli şəxs tərəfindən oğurlanıb. Hadisədən dərhal sonra  “Xural” qəzeti Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Ə. Zeynallının oğurlanması barədə məlumat verib. DİN müraciətdən sonra 26 polis bölməsində Ə. Zeynallının axtarışı üçün əməliyyat qrupu yaradıb. Əməliyyat qrupu redaksiyamızla əlaqə saxlayaraq Ə. Zeynallının oğurlaması yeri və şəraiti barədə məlumat əldə edib.

3 saatlıq axtarışdan sonra Ə. Zeynallının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat əldə etmək mümkün olub. Məlum olub ki, Ə. Zeynallı həbs edildikdən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə aparılıb. Ə. Zeynallı ailəsinə və vəkilinə xəbər verilmədən 2 saat dindirilib. Daha sonra baş redaktor Nəsimi rayon Məhkəməsinə aparılıb. Məhkəmə prosesi qapalı keçirilib. Məhkəmədə deputat Gülər Əhmədova tərəfindən təqdim edilən telefon zənginin lenti səsləndirilib. Səs yazısında yalnız G.Əhmədova danışıb. Ə. Zeynallınin səsi isə lentdə əksini tapmayıb. Məhkəmə siyasi sifarişi yerinə yetirərək heç bir dəlil və sübuta istinad etmədən Ə. Zeynallı barədə 3 ay həbs qəti imkan tədbiri seçib.

Qeyd edək ki, bu ilin avqust ayının ortalarında G. Əhmədova Ə. Zeynallıya müraciət edərək ona rüşvət təklif edib. Ə. Zeynallı o zaman bu barədə mətbuata məlumat verib. G. Əhmədova isə Ə. Zeynallının dediklərini təkzib etmişdi. Lakin hadisənin üstündən bir necə ay keçdikdən sonra G. Əhmədoba Ə. Zeynallıya böhtan atıb. Onu da qeyd edək ki, bir necə gün əvvəl G. Əhmədova Azərbaycanın ən populyar qəzetinin baş redaktoruna zəng edərək “Xural” qəzeti üçün kompüterlər almaq istədiyini bildirib və bu işdən baş redaktorun vasitəçi olmasını xahiş etmişdi. Ə.Zeynallı isə təklifdən imtina edib.

XuralTAC 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button