Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Nəqliyyat pulları hara xərclənir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində son həftənin siyasi mənzərəsini təhlil edib. Əvəz Zeynallı həmçinin “Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq müdafiəçisi Şəhla Hümbətovanın barəsində qəbul edilmiş intizam tədbirləri pislənib. Vəkillər Kollegiyası bundan öncə də öz üzvlərini təqib edib. Yalçın İmanov, Əlaif Həsənov, Xalid Bağırov, İradə Cavadova və başqalarını lisenziyadan məhrum edib. Müraciəti “Civil Rights Defenders”, “Freedom House”, “International Partnership for Human Rights”, “Lawyers for Lawyers” təşkilatları imzalayıb”, “Elçin Sadıqovun təhlükəsi də Rüstəm Usubovdur. Prokurorluğun təmizlənməsi bu adamdan başlamalıdır. Tamam başqa işə görə Elçin Sadıqovdan şikayət edib, Vəkillər Kollegiyasının rəhbərliyi də bu şikayəti icraata götürüb. Bəs Vəkillər Kollegiyası mənim şikayətimə niyə baxmır! Muxtar Mustafayevə olar, digərlərinə yox?!”, “Metrolardakı sıxlığın, nəqliyyatdakı sıxlığın, aramsız tıxacların səbəbləri nələrdir? Niyə avtomobil nəqliyyatı ilə məşğul olanlar çalışmırlar?”, “Bir BNA var, insanların gününü qara edib, bu idarə niyə öz işi ilə məşğul olmur?”, “Tramvay, trolleybus, ya da İstanbulda olduğu kimi Metrobus çəkilməlidir. Hacıbalanın oğlunun və özünün dünyadakı, İstanbuldakı sərvəti hərraca çıxarıb satılmalı, o pullardan tramvay xətləri çəkilməlidir”, “Kimsə deməsin ki, büdcədə pul yoxdur”, “Həzrəti Əlidən soruşurlar ki, övladımı necə tərbiyə edim? Deyir, neçə gündür anadan olub, cavab alır ki, Hz. Əli deyir ki, 3 gündür gecikirsən”, “Seçkilər – qatılmayanlar və qatılanlar var. Əslində isə seçki – əvvəlki seçkilər bitən gündən uduzulub – Seçkilər bitən günü partiyalar yeni seçkilərə start verməlidir”, “Uduzan Azərbaycan olacaq – müxtəlif şayiələr dolaşır. Martda referendum, sentyabrda yeni president seçkiləri, sonar yenə növbədənkənar parlament seçkiləri. Bu şayiələrin həqiqətə keçməsinimi gözləmək lazımdır?! O zaman niyə hərəkət olunmur ki?!” və s. bu kimi suallara cavabları təhlil edib. Xural.com Əvəz Zeynallının “Siyasət meydanı”ndakı çıxışını təqdim edir:

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button