“Üçqulaq Tural” böyük qələt qarışdırdı…

üçqulaq tural Tural Müseyibovun anası, bacısı və həyat yoldaşı varmı?!

Bu günlərdə “Space” kanalının keçmiş kollektivinin bir yerə toplaşacağı haqda informasiyalar dolaşmağa başladı. Təbii ki, facebook-da, keçmiş həmkarlar arasında yayılan bu informasiya özünə tərəfdar da tapdı. Belə ki, uzun illərdir görüşməyən həmkarlar görüşəcək, ötənləri xatırlayacaqdılar. Nə də olsa, “Space” kanalının bir zaman mehriban bir ailə kimi olan kollektivi indi ölkənin müxtəlif sahələrində və qurumlarında fəaliyyət göstərirlər. Qısa zaman keçmədi ki, bu “görüş”ün sadəcə keçmiş həmkarlar arasında olmadığı anlaşıldı. Sən demə, həmkarlarını bir yerə toplayan “Space”-çilərin arasında “Üçqulaq Tural” kimi tanınan, eyni zamanda Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin MX rəhbəri olan Tural Müseyibovdur. “Olsun, nə fərq edər, əsas olan bu nəcib ideyanın gerçəkləşməsi deyilmi?” – deyə düşündük. Sən demə, deyilmiş.

Baş redaktorumuzun müavini Məlahət Zeynallı da bir zamanlar “Space” TV-nin əməkdaşlarından və redaktorlarından biri olduğu üçün – keçmiş həmkarları təbii ki, onu da xəbərdar etdilər. Elə həngamə də bundan sonra başladı. “Üçqulaq Tural” özünü yerə dartıb ki, bəs, tədbirin təşkil olunduğu “Neolit” şadlıq sarayının pulunu Kəmaləddin Heydərov verdiyi üçün buraya Məlahət Zeynallı və təbii ki, Əvəz Zeynallı gəlməməlidir, çünki onların qəzetlərində Kəmaləddin Heydərov hər zaman tənqid olunur.

Xəbər bizə çatan kimi, bunu normal qarşıladıq və “necə istəyirlər, elə də etsinlər” dedik. Təbii ki, hər zaman FHN-ni və bu ölkənin ən böyük inhisarçı-talançılarından biri olan hörmətli Kəmaləddin Heydərovu tənqid etdiyimiz və yaşasaq, indən sonra uzun zaman da tənqid edəcəyimiz üçün incimədik. Hətta normal qarşıladıq. Adamlar tədbir təşkil ediblər, Kəmaləddin Heydərov özünə yeni mətbu komanda yaradır və “Üçqulaq Tural” da bu komandaya moderatorluq edir, kim istəyər ki, bu topluluqda əlaqəsi olmayan müstəqil mətbuatın təmsilçiləri iştirak etsinlər. Amma… Sırf təsadüf nəticəsində, “Space”də işləyənlərin qrupunda – o qrupa Məlahət Zeynallını da daxil edib sabiq həmkarları – “Üçqulaq Tural”ın sərf etdiyi bir söz reaksiya verməyimizə səbəb oldu. “Üçqulaq Tural” Məlahət xanımın haqqında tərbiyəsiz ifadə işlədir və bu ifadə qrupa daxil olan hər kəs tərəfindən görünsə də, heç bir “qardaş” və “bacı” cavab vermir. Onlar bilirlər Məlahət xanımın yazışmanı gördüyünü, amma “Üçqulaq Tural” görmür. Məlahət Zeynallı yazışmanı görür, surətini çıxarır və “Üçqulaq Tural”ın cavabını verib qrupu tərk edir.

Gerisini Məlahət Zeynalıının özü danışır: “Biz yaxşı kollektiv olmuşuq – bir ailə kimi. Amerikada işləyən bir həmkarımızın gəlişi münasibətilə yığışacağımızı dedilər. Elə onun haqqında uşaqlarla danışır, planlaşdırırdıq. Nə olacaq, kim olacaq, neçəyə olacaq. Bir də eşitdim ki, Tural bizim iştirakımızı istəmir. Uşaqlarla söhbətləşən zaman qrupda tərbiyəsiz ifadə yazdığını gördüm. Cavabını verdim və çıxdım. Təəssüf ki, bu uşaqlar bu qədər tərbiyəsiz olmağa vaxt tapıblar. Bunun ailə tərbiyəsi yoxdur yəqin. Yoxsa illər boyu bir yerdə işlədiyi xanım haqqında tərbiyə sərhədlərini aşmazdı. Yəqin ağaları elə öyrədib…”

Əvəz Zeynallının münasibəti isə kəskin oldu: “Mən bu məsələni mətbuat səhifələrinə çıxarmaq istəmədim. Bu gədə öz anasına, bacısına, həyat yoldaşına yaraşan bir kəlmə sərf etmişdi və mən onun telefonunu tapıb zəng etdim. Yaxınlarına da zəng etdim. Dedim, haradadırsa mən gəlim, ya da o gəlsin, görüm bu gədə qırığının ağzından çıxanı qulağı eşidibmi? Telefonları götürmədi və qorxusundan az qala şəhərdən başını götürüb qaçdı. Mən emosional adamam və bəzi məsələlərdə mənim üçün sərhəd olmur. İndi mətbuat vasitəsilə bu gədə qırığını və onun arxasında dayanan iriçaplı gədələri sükunətə və bu təxribata son qoymağa çağırıram. Qorxmasın, gəlsin, izahatını versin və üzrünü istəyib getsin. Əks təqdirdə varsa anası, varsa bacısı, varsa həyat yoldaşı haqqında bizi axtarış verməyə məcbur etməsin…”

Məsələni bu müstəvidə qoymayacağını deyən Əvəz Zeynallı Kəmaləddin Heydərova səsləndi: “Sən hər zaman ətrafında bu cür adamlar saxladın, özün bilərsən. Amma bu adamlardan biri mənim ailəm, həyat yoldaşım haqqında öz tərbiyəsinə uyğun bir kəlmə sərf edib və ortalıqda yoxdur. Ya onu sən tərbiyələndirəcəksən, ya mən, cənab nazir. Əks təqdirdə Turalın istıfadə etdiyi kəlmə böyüyüb-böyüyüb hamınızı saracaq. Qərar sizindir…”

“Üçqulaq Tural” adlı gədə qırığının tədbir təşkilatçılığının son anda ləğv olunduğunu eşitdik. Eşidib-bilənlər bu ayrı-seçkiliyə görə tədbiri boykot ediblər və aldığımız məlumata görə, hamı eşitdiyi bu olaydan sonra axtarışa çıxıb:

Görəsən, “Üçqulaq Tural”ın anası, bacısı, həyat yoldaşı varmı?

Bilənlər bilməyənlərə xəbər eləsin!..

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Avaz bey, Malahat xanim!
    Tam destekleyirem Sizi. Seviyyesiz, vaxtile Putinin herekatina “Vasya Rossiya” adlandiran, esgerliyini Space-de kechiren (adi ise esgerlikde) hazirda yekebashliq eden ucqulaqdan ne gozlamak olar?
    Hamlet Arastunoglu, ex-Space-chi
    051 825-0001

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button