1 japon=150 türk!

Tahir Abbaslı: «Türk dünyası kitabdan üz döndərib!»

«Azərbaycanda kitab oxuyan yoxdur. Partiyamızın fəalları sorğu keçirib. «Son 10 ildə neçə kitab oxumusunuz» sualının cavabının əksriyyəti «oxumamışam»dır. Bu isə bizi narahat edir». Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, kitabsız gələcək yoxdur: «Xüsusilə də türk dünyası kitabdan üz döndərib. BMT Dünyada kitab oxuyan millətlər arasında araşdırma aparıb, birinci yerə Japoniya çıxıb. İkinci yerdə İsrail gəlir. Əslində, yəhudilər yaponlardan geri qalmır. Sadəcə Yaponiyanın əhalisi çox olduğuna görə, kitab oxuynların da sayı çoxdur. Bir yapon bir il ərzində 25 kitab oxuyur. İslam dünyasının inkişaf etmiş ölkəsi sayılan Türkiyədə isə 6 türk ildə 1 kitab oxuyur. Riyazi məntiqlə bu müstəvidə bir japon 150 türkə bərabərdir. Görün indi Azərbaycanda vəziyyət necədir». T.Abbaslı onu da bildirib ki, bu hal uzun illər davam edərsə mədəni, mənəvi, iqtisadi gücümüz bundan da zəif olacaq. Partiya sədrinin fikrincə, cəmiyyətimizdə istehsalçı və istehlakçı şüurunun formalaşmaması də kitab oxumazlıqdan irəli gəlir. T.Abbaslının fikrincə problem bununla bitmir: «Bütün sahələrdə başqa millətlərin yaratdıqlarından istifadə edirik. Təqlidçiliklə məşğul oluruq. Nə elmimiz var, nə fəlsəfəmiz. Nə də ortalığa çıxarılası kitabımız. Bir sözlə oxumadığımız kimi yaza da bilmirik».

 

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button