İlhamə və Flora illər öncə özləri haqda danışır – VİDEO

ilhame flora
Dünən son mənzilə yola salınan xalq artisti İlhamə Quliyeva ilə uzun illərdir küsülü olduğu həmkarı Flora Kərimova ilə çəkildiyi videogörüntülər yayılıb.
Sənətkarlar 1995-ci il iyunun 14-də Azərbaycan Televiziyasında efirə gedən verilişdə qonaq olublar. Tanınmış telejurnalist Sevil Nuriyevanın təqdimatında baş tutan həmin verilişdə iki sənətkarın bir-birinə münasibəti açıq hiss olunub.
Məsələn, zinət əşyalarına münasibəti ilə bağlı aparıcının sualına hər biri özünəməxsus cavab verib. İ.Quliyeva F.Kərimovanın sadəliyinə rişxəndlə yanaşıb:
Flora Kərimova sadə görünməyini tamaşaçıya olan  hörmətindən irəli gəldiyini söyləyib:
“Mən istəmirəm ki, kimsə boynubükük ekran qarşısından mənim aksessuarlarıma baxsın!”
Zinyət əşyalarını istədiyi vaxt taxa biləcəyini deyən məşhur müğənni, “Özümdə olmasa da qonşudan, elə sizdən alıb taxaram”, – deməsi, İ.Quliyevanı hiddətləndirib:
“Səndə olan üzüklər heç kimdə yoxdur. Birini tax, çıx. Amma deyirsən ki, onları ölənə qədər taxmayacam. Taxma. Heç taxsan da, sənə yaraşmayacaq. Mən isə buna öyrəşmişəm. Evdə olanda qızıl mənə ağırlıq edir, amma evdən çıxanda mütləq istifadə edirəm. Taxmasam, elə bilirəm nə isə itirmişəm”.
İlhamə Quliyeva Flora Kərimovanın sənətini yüksək qiymətləndirib:
“Mən Flora Kərimovanı dinləyib səsini sevmişəm. Elə vaxt olub salamlaşmamışam. Amma onun mahnılarını sevə-sevə dinləmişəm”.
İ.Quliyeva həmkarına cansağlığı da arzulayıb. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button