Ombudsman İsrail səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib. Bu haqda Xural.com Səbinə Əliyevanın facebook səhifəsinə istinadən xəbər verir. İnsan Hüquqları Müvəkkili eyni zamanda bu gün Bərdədə baş verən erməni terror aktına da münasibət bildirib. Ombudsman paylaşımında yazıb: “Oktyabrın 28-i günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirilib. Nəticədə 14 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ermənistan silahlı qüvvələri tərəfindən ikinci gündür ki, Bərdə rayonuna raket zərbələrinin endirilməsi nəticəsində həlak olan mülki şəxslərin sayı 21-ə, yaralananların sayı isə 70-ə çatıb.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button