Məhkəmə “Xural” qəzetinin redaktorunu həbsdə saxladı
Nəsimi rayon məhkəməsi “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməkdən imtina edib.
Bu haqda Əvəz Zeynallının vəkili Elçin Sadıqov məlumat verib. Bu günki prosesdə Əvəz Zeynallının özü də iştirak edib. O, həbsi barəsində seçilmiş qətimkan tədbiri ilə razılaşmadığını bildirib. Bundan başqa, o, təqsiri olmadığını iddia edərək, həbs edilməsinin yeganə səbəbinin peşə fəaliyyəti olduğunu söyləyib.
Vəkil eyni zamanda Zeynallının girov müqabilində azadlığa buraxılması barədə də vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib. Vəkil hesab edir ki, hakimin qərarı qanunsuzdur və tezliklə bu qərardan apellyasiya şikayəti veriləcək.
* Əvəz Zeynallı oktyabrın 28-də Nəsimi rayonunun qərarı ilə üç ay müddətinə həbs olunub. Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi açıb. Zeynallı parlamentin deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Hüquq müdafiəçiləri əldə etdikləri faktlara əsaslanaraq bu ittihamın saxta olduğunu bəyan edirlər.
XuralTAC
EVEZE AZADLIQ . BELEDE KI AY BEDBEXTLER EVEZ DAXILEN AZADDIR .QUL XISLETLILER SIZLER BUNU BASHA DUSHMEZSINIZ