Əli İnsanov Milli Şuraya münasibət bildirdi
19.06.2013
Həbsdə olan keçmiş səhiyyə nazir Milli Şuranın yaradılmasını alqışlayıb
“Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram”. Bu haqda Əli İnsanovun vəkili Toğrul Babayev Amerikanın Səsinə sabiq nazirin adından bildirib.
“Avropa Məhkəməsi martın 14-də Əli İunsanovun şikayəti üzrə qərar qəbul edib. Qərarda yazılıb ki, iyunun 14-ü saat 24.00-dək tərəflər şikayət etməzsə qərar qüvvəyə minir. Ə.İnsanov qərardan şikayət etməyib, hökumət tərəfindən isə şikayət edilməsi barədə hər hansı məlumat yoxdur. Hesab edirik ki, Avropa Məhkəməsinin qəraraı qüvvəyə minib və Azərbaycana göndrəiləcək. Azərbaycan Ali Məhkəməsinin Plenumu 3 ay müddətində Əli İnsanovla bağlıAzərbaycan məhkəmlərinin hökm və qərarlarını ləğv edib, onu azadlığa buraxmaldır, vəkil bildirib.
Əli İnsanov 2005-ci ilin oktaybrında parlament seçkiləri öncəsi dövlət çevirilişinə cəhddə ittiham edilib, sonra ittihamlar iqtisadi cinayətlərlə əvəz edilib. Məhkəmə keçmiş naziri 11 il azadlıqdan məhrum edib.