Səud rejimi məğlubedilməz boksçunu məhv etdi – VİDEO
Birinci raundda qələbə sayına görə dünya rekordçusu olan məşhur boksçu Əli Raymi Yəmənə hava hücumlar nəticəsində həlak olub
Yəmən/Səud rejiminin Yəmənə hava hücumu nəticəsində birinci raundda qələbə sayına görə dünya rekordçusu olan məşhur boksçu Əli Raymi həlak olub.
xural.com faktxeber-e istinadən məlumat verir ki, bu barədə idmançının meneceri Feliks Arno Amerikanın RingTV saytına bildirib.
41 yaşlı boksçu mayın 23-də ərəb ölkələri koalisiyasının paytaxt Sanaya endirdiyi hava zərbələri nəticəsində ölüb. Lakin bu barədə indii məlum olub.
«Təəssüf ki, bu doğrudur», – deyə menecer bildirib.
Əli Raymi 2013-cü ildə ilk raunda qələbələrin sayı ilə rekord qazanıb – 20, ilyuld ayında isə 21-ci qələbəsin qazanıb. Bu göstəriciyə görə “Ginnes” dünya rekordlar kitabına daxil edilib.
Rayminin rəqiblərinin karyerasında onunla görüşənədək bir dəfə də olsun məğlubiyyət olmayıb.
Ümumilikdə Rayminin siyahısında 25 qələbə var (hamısı da nokaut) , bir dənə də məğlubiyyəti yoxdur. İdmançı Ümumdünya Boks Assosiasiyasının reytinqində 6-cı, Ümumdünya Boks Təşkilatının reytinqində isə 8-ci pillədə olub.