Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsində kadr dəyişikliyi olub
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.
Xural.com apa.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, regional şöbənin rəisi polis polkovniki Anar Əkbərov və onun müavini polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.