Qənimət Zahidin anası dəfn olundu-FOTO
“Azadlıq” qəzetinin baş redaktoru, TuranTV-nin qurucusu və rəhbəri Qənimət Zahidin anası Xədicə xanım yanvarın 23-ü dünyasını dəyişib. Mərhumə bu gün saat 14-də son mənzilə yola salınıb. Dəfn Şamaxıda Zahidovların ata ocağı, Xədicə xanımın yaşadığı Meysəri kəndidə olub. Dəfn və hüzr mərasimində ölkənin çoxlu sayda ictimaiyyət nümayəndələri, eləcə də AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslər, Qənimət Zahidin dostları və həmkarları, Zahidovlar ailəsinin yaxınları iştirak edib.
Allah rəhmət eləsin.
xural.com