Pasha Holding balıq şirkəti təsis edib
Xural.com Turan-a istinadən xəbər verir ki, “Pasha Holding” MMC şirkətlər qrupu Neftçala rayonunda balıq şirkəti təsis edib. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.
Bu ilin avqustunda şirkət təsis olunduğu zaman “Neftchala Fish Factory” adlanıb. Hazırda kommersiya hüquqi təşkilatlar reyestrinə görə, “Azerbaijan Fish Factory” adlandırılıb. Nizamnamə kapitalı (310 min manat) və şirkətin direktoru (Nəriman Sərdarlı) əvvəlkitək qalır.